“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
02.02.2013, 10:34
1686

2 fevral

A- A+

2 fevral 1891 - İctimai xadim, jurnalist, tərcüməçi Ceyhun Hacıbəyli anadan olub...

Azərbaycan

 

2 fevral 1891 - İctimai xadim, jurnalist, tərcüməçi Ceyhun bəy Əbdülhüseyn oğlu Hacıbəyli (1891-22.10.1962) anadan olub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin kiçik qardaşıdır. Xalq Cümhuriyyəti dövründə “Azərbaycan” qəzetinin redaktoru olub. Sonra mühacirətə gedib, Fransada yaşayıb və orada vəfat edib. Məzarı Parisdədir.

 

2 fevral 1912 - Xalq artisti, rejissor Məhərrəm Kazım oğlu Haşımov (1912-2.5.1969) аnаdаn оlub. Dövlət Gənc Tamaşaçılar Teatrında, Azərbaycan Dövlət Rus Dram Teatrında baş rejissor işləyib.

 

2 fevral 1932 - Tanınmış dilçi alim, professor, AMEA-nın həqiqi üzvü Ağamusa Ağası oğlu Axundov (1932 - 5.9.2015) Kürdəmirdə doğulub. AMEA-nın humanitar və ictimai elmlər bölməsinin akademik katibi işləyib. “Şöhrət” ordeni ilə (2000) təltif edilib. 

 

2 fevral 1932 - Əməkdar mədəniyyət işçisi, ictimai xadim Zərifə Teymur qızı Salahova Bakıda anadan olub. Respublika “Kitab” Cəmiyyətinin sədridir, "Şöhrət" ordeni ilə təltif olunub. 1982-ci ildən miniatür kitablar kolleksiya edir, yaratdığı Miniatür Kitab Muzeyi 2002-ci ildə fəaliyyətə başlayıb. Muzeydə 60-dan çox ölkədən 7 minə yaxın miniatür kitab toplanıb. 

 

2 fevral 1936 - Əməkdar mədəniyyət işçisi, bəstəkar Rəşid Rza oğlu Məmmədov anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında bir çox tamaşalara musiqi yazıb.
 

2 fevral 1996 - Azərbaycan gənclərinin ilk ümumrespublika forumu keçirilib. Forumda prezident Heydər Əliyev iştirak edib. Prezident Heydər Əliyevin imzaladığı fərmanla 1997-ci ildən etibarən 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir.

 

Dünya

 

2 fevral 1595 - Niderland rəssamı, klassisizmin tanınmış nümayəndəsi Yakob van Kampen (Jacob van Campen, 1595-1657) anadan olub.

 

2 fevral 1616 - Fransız rəssamı Sebastian Burdon (Sebastien Bourdon, 1616-1671) anadan olub.
 

2 fevral 1700 - Alman yazıçısı və mədəniyyət xadimi Yohann Kristof Qottşed (Johann Christoph Gottsched; 1700-1766) anadan olub.

 

2 fevral 1870 - Rus yazıçısı Fyodor Dmitriyeviç Kryukov (1870-1920) anadan olub. Bəzi versiyalara görə, Mixail Şoloxova Nobel mükafatı qazandıran məşhur “Sakit Don” romanının ilk variantının müəllifi F.Kryukov olub.
 

2 fevral 1873 - Avstriya bəstəkarı Leo Fall (1873-1925) anadan olub. “Madam Pompadur”, “Dollar şahzadəsi” və s. operettaların müəllifidir.

 

2 fevral 1875 - Avstriya əsilli Amerika bəstəkarı, skripkaçı, XX əsrin ən tanınmış ifaçılarından biri Frits Kreysler (Fritz Kreisler; 1875-1962) anadan olub.
 

2 fevral 1882 - Məşhur irland yazıçısı və şairi, modernizmin nümayəndəsi Ceyms Coys (James Augustine Aloysius Joyce; 1882-1941) anadan olub.

 

2 fevral 1883 - Rus bəstəkarı, məşhur musiqiçilər ailəsi Qnesinlərin nümayəndəsi Mixail Fabianoviç Qnesin (1883-1957) anadan olub. Onun beş bacısı də tanınmış musiqiçi olub. Bu gün Qnesinlərin adını daşıyan Rusiya Musiqi Akademiyasının əsasını onlar qoyublar.

 

2 fevral 1905 - Amerika yazıçısı və filosofu Ayn Rand (Ayn Rand - Alisa Zinovyevna Rozenbaum; 1905-1982) Sankt-Peterbutrqda doğulub.

 

2 fevral 1934 – Tanınmış gürcü rejissoru Otar İoseliani anadan olub. 1984-cü ildə Fransaya mühacirət edib, 2006-da Gürcüstana qayıdıb. Filmləri: “Ayın favoritləri”, “Nəğməkar qaratoyuq vardı”, “Çoban” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi