“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
17.02.2013, 09:15
1217

17 fevral

A- A+

17 fevral 1934 – Yazıçı, dramaturq, tanınmış jurnalist Şamil Xurşud anadan olub...

Azərbaycan

 

17 fevral 1920 - Dilçi-filoloq, professor Əlövsət Zakir oğlu Abdullayev (1920-1993) anadan olub.

 

17 fevral 1926 - Xalq artisti Sofiya Həsən qızı Hüseynova Naxçıvanda doğulub. Naxçıvan teatrımın ilk azərbaycanlı aktrisası olan anası Xədicə Qazıyevanın yolunu davam etdirərək uzun illər bu sənət ocağında çalışıb. "Şöhrət" ordeninə layiq görülüb, Prezident təqaüdçüsüdür. Xalq atisti Rəfael Dadaşovun anasıdır. 

 

17 fevral 1934 – Yazıçı, dramaturq, tanınmış jurnalist Şamil Xurşud (Şamil Xurşud oğlu Fərzəliyеv; 1934-1986) Ucar rayonunda anadan olub. Əslən Qərbi Azərbaycanın Sisyan rayonunun Ağudi kəndindəndir. “Ağaclar kəsilmədi”, “Naxırçı çörəyi”, “İnsan yaşayır” povestləri, "Məhəbbət novellası", “Qızıl zəncir”, “Kiçik torpaqda üç gün”, “Sevinc”, “Yol ayrıcında” pyeslərinin müəllifidir.

 

17 fevral 1947 – Aktyor Əlvida Məhərrəm oğlu Cəfərov Cəbrayıl rayonunun Qaracallı kəndində doğulub. 1972-ci ildən Akademik Milli Dram Teatrında çalışır.

 

17 fevral 1958 - Teatr və kino aktyoru Xeyri Osman oğlu Əmirzadə (1893-1958) vəfat edib. Milliyyətcə Krım türküdür, Yaltanın Dərəgöy kəndində doğulub, Krım Muxtar Respublikasının Xalq artisti olub. 1930-cu illərdən Azərbaycanda fəaliyyət göstərib. "Kəndlilər", "Səbuhi", "Bəxtiyar" və başqa filmlərdə epizodik rollar oynayıb.

 

17 fevral 1992 - Erməni silahlı qüvvələri Dağlıq Qarabağın Xocavənd (Martuni) rayonunda azərbaycanlıların yaşadığı Qaradağlı kəndini işğal ediblər. Bunadək kənd dəfələrlə erməni qüvvələrinin hücumlarına məruz qalmışdı. İşğal nəticəsində kənddə 70 nəfər (o cümlədən 18 qadın və uşaq) öldürülüb.

 

Dünya

 

17 fevral 1600 - Görkəmli italyan filosofu və şairi Cordano Bruno (Giordano Bruno, 1548-1600) inkvizisiyanın qərarı ilə edam edilib (tonqalda yandırılıb).

 

17 fevral 1853 - Çex şairi və dramaturqu Yaroslav Vrxliski (Jaroslav Vrchlicky - əsl adı Emil Frida, 1853-1912) anadan olub. 

 

17 fevral 1955 – Çin yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2012) Mo Yan (əsl adı Quan Moe) anadan olub.  “Qırmızı qaolyan” povesti (əsər əsasında eyniadlı film çəkilib) ilə məşhurlaşıb. “Doğulmaqdan və ölməkdən yorulub” (Nobel mükafatı), “Şərab ölkəsi” və s. romanların müəllifidir.
 

17 fevral 1906 - Rus-sovet yazıçısı, uşaqlar üçün çoxsaylı əsərlərin, kinofilm ssenarilərinin müəllifi Aqniya Lvovna Barto (1906-1981) anadan olub.

 

17 fevral 1954 - Amerika aktrisası Rene Russo anadan olub. Filməri: “Epidemiya” (Robbi Keot), “Dəmir kubok”, “Böyük narahatlıqlar” və s.

 

17 fevral 1981 - Məşhur Amerika fotomodeli və aktrisası Paris Hilton (Peris Uitni Hilton) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi