“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
20.02.2013, 09:28
1173

20 fevral

A- A+

20 fevral 1938 - Xalq artisti, görkəmli xanəndə Arif Babayev anadan olub...

Azərbaycan

 

20 fevral 1920 - Xalq artisti, aktyor Səməd Məmməd oğlu Möhləvi (1900 -3.2.1962) anadan olub.
 

20 fevral 1928 - Tanınmış şair, dramaturq Əliağa Kürçaylı (Əliağa Həsənağa oğlu Vəliyev, 1928 - 11.2.1980) Salyan rayonunun Kürqaraqaşlı kəndində doğulub. Onlarla şeir kitabının müəllifi olan şair həm də rus ədəbiyyatından gözəl poetik tərcümələrin müəllifidir. 

 

20 fevral 1935 - Şərqşünas, dilçi alim Şulan İsmayıl oğlu Şirəliyev anadan olub.

 

20 fevral 1938 - Xalq artisti, görkəmli xanəndə Arif İmran oğlu Babayev Ağdamın Sarıhacılı kəndində anadan olub. Azərbaycan milli musiqi sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” (1998) və “İstiqlal” (2008) ordenlərinə layiq görülüb.

 

Dünya

 

20 fevral 1729 - Rus peşəkar teatrının banisi, aktyor Fyodor Qriqoryeviç Volkov (1729-1763) anadan olub.
 

20 fevral 1884 - Polyak yazıçısı, şair və dramaturq Yaroslav İvaşkeviç (1884-1980) anadan olub.
 

20 fevral 1918 - Rus-sovet rejissoru, kinooperator, ssenarist İqor Vladimiroviç Şatrov (1918-1991) anadan olub.
 

20 fevral 1925 - Amerika kinorejissoru, ssenarist Robert Oltmen (Robert Altman, 1925-2006) anadan olub. Avropanın üç əsas kinofestivalının (Kann, Venesiya, Berlin) qalibi olmuş yeganə amerikalı rejissordur.

 

20 fevral 1966 - Məşhur amerikalı aktrisa, teleaparıcı Sindi Krouford (Cindy Ann Crawford) anadan olub.
 

20 fevral 1967 - Amerika rok-musiqişisi, məşhur “Nirvana” qrupunun lideri Kurt Kobeyn (Kurt Donald Cobain, 1967-1994) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi