“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
08.02.2013, 09:42
1384

8 fevral

A- A+

8 fevral 1928 - Məşhur rus aktyoru, SSRİ Xalq artisti Vyaçeslav Tixonov anadan olub...

Azərbaycan

 

8 fevral 1907 - Təbrizdə İran şah rejiminə qarşı silahlı xalq üsyanı başlanıb. İran inqilabının (1905-1911) mərkəzi Cənubi Azərbaycana, Təbrizə keçib. Bir qədər sonra Səttərxanın fədai dəstələri bütün Cənubi Azərbaycanda inqilab hakimiyyətini bərqərar etdilər.

 

8 fevral 1921 - Bakıda Azərbaycan qadınlarının birinci qurultayı (8-11 fevral 1921) işə başlayıb.

 

Dünya

 

8 fevral 1577 - İngilis yazıçısı Robert Berton (Robert Burton, 1577-1640) anadan olub.

 

8 fevral 1591 - İtalyan rəssamı Qverçino (əsl adı Covanni Françesko Barbieri, 1591- 1666) anadan olub.

 

8 fevral 1828 - Fransız yazıçısı, səyyah Jül Vern (Jules Gabriel Verne, 1828 - 24.3.1905) anadan olub. Macəra ədəbiyyatının klassiki, elmi fantastikanın banilərindən biridir. “Kapitan Qrantın uşaqları”, “80 gün dünya ətrafında” və s. əsərlərin müəllifidir.

 

8 fevral 1834 - Rus kimyaçısı, kimyəvi elementlərin dövrü cədvəlinin yaradıcısı, ensiklopediyaçı alim Dmitri İvanoviç Mendeleyev (1834-1907) anadan olub.

 

8 fevral 1878 - Yəhudi filosofu, sionizmin ideoloqu Martin Buber (1878-1965) anadan olub.

 

8 fevral 1920 - Amerika aktrisası, 40-50-ci illərin kinoulduzu Lana Terner (Lana Turner, 1920-1995) anadan olub.

 

8 fevral 1925 - Amerika aktyoru və rejissoru Cek Lemmon (Jack Lemmon, 1925 - 2001) anadan olub.

 

8 fevral 1928 - Məşhur rus-sovet aktyoru, SSRİ Xalq artisti Vyaçeslav Vasilyeviç Tixonov (1928 - 4.12.2009) anadan olub. “Baharın on yeddi anı” teleserialında Ştirlis rolu ilə şöhrət qazanıb. “Hərb və sülh”, “Qara qulaq ağ Bim” və s. filmlərdə çəkilib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi