“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
12.02.2013, 09:11
1157

12 fevral

A- A+

12 fevral 1923 - Şair, dramaturq İslam Səfərli Babək rayonunun Şəkərabad kəndində doğulub...

Azərbaycan

 

12 fevral 1911 - Məşhur tarzən, Xalq artisti Bəhram Məşədi Süleyman bəy oğlu Mənsurov (1911 - 14.5.1985) Bakıda doğulub. 1932-ci ildən ömrünün axırınadək Dövlət Opera və Balet Teatrının solisti və konsertmeystri olub.

 

12 fevral 1923 - Şair, dramaturq İslam Əhməd oğlu Səfərli (1923-6.11.1974) Naxçıvan Muxtar Respublikası Babək rayonunun Şəkərabad kəndində doğulub. "Göz həkimi", "Ana ürəyi", "Yol ayrıcı" və s. pyeslərin müəllifidir. Bir çox şeirlərinə mahnılar bəstələnib.

 

12 fevral 1925 - Filosof, professor Adil Yusif oğlu Nəcəfov (1925-1989) anadan olub.
 

12 fevral 1931 - Görkəmli hərbi xadim, artilleriya general-leytenantı Səməd bəy Mehmandarov (16.10.1855, Lənkəran – 1931) Bakıda vəfat edib. Çar Rusiyası ordusunda diviziya komandiri, Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri olub. Sovetləşmədən sonra Bakıda hərbi komandirlər məktəbində dərs deyib.

 

12 fevral 1933 - Heykəltəraş, Əməkdar rəssam Elmira Mehralı qızı Hüseynova (1933-23.1.1995) anadan olub. H.Zərdabi (Bakı), C.Cabbarlı (Sumqayıt) və s. abidələrin müəllifidir. 

 

12 fevral 1933 – Tanınmış xanəndə, Əməkdar artist, Prezident təqaüdçüsü Mais Qurban oğlu Salmanov (1933 – 25.7.2008) Şəmkir rayonunun Morul kəndində anadan olub. Opera və Balet Teatrının solisti olub, uzun illər “Leyli və Məcnun” operasında Məcnun rolunu ifa edib.

 

Dünya

 

12 fevral 1809 - Məşhur ingilis alimi və səyyahı, “təkamül nəzəriyyəsi”nin müəllifi Çarlz Darvin (Charles Robert Darwin; 1809-1882) anadan olub.
 

12 fevral 1865 - Polyak şairi, yazıçı və dramaturq Kazimej Pşerva-Tetmayer (1865-1940) anadan olub.
 

12 fevral 1881 - Dünya şöhrətli blerina, SSRİ Xalq artisti Anna Pavlovna Pavlova (1881-1931) anadan olub.
 

12 fevral 1892 - Rus yazıçısı, sosialist realizminin tanınmış siması Konstantin Aleksandroviç Fedin (1892-1977) anadan olub.
 

12 fevral 1915 - Rus yazıçısı Vasili Nikolayeviç Ajayev (1915-1968) anadan olub.

 

12 fevral 1942 - Amerika fantast-yazıçısı Terri Bison (Terry Bisson) anadan olub.   

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi