“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
05.02.2013, 09:32
1543

5 fevral

A- A+

5 fevral 1918 - Böyük bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayev anadan olub...

Azərbaycan

 

5 fevral 1918 - Böyük bəstəkar, pedaqoq, alim, Azərbaycan EA-nın akademiki, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Əbülfəz oğlu Qarayev (1918-13.05.1982) anadan olub. Dünya musiqi xəzinəsinə daxil olan “Yeddi gözəl" (1952), “İldırımlı yollarla" (1958) baletlərinin, üç simfoniya, “Don Kixot" (1960) simfonik qravürü, “Leyli və Məcnun" simfonik poeması, “Vyetnam" süitası, fortepiano üçün 24 prelüd, skripka və fortepiano üçün sonata və romansların müəllifidir. “Uzaq sahillərdə”, “Bir məhəllədən iki nəfər”, “İnsan məskən salır”, “Nizami”  və s. filmlərə musiqi yazıb.


 

5 fevral 1925 - Azərbaycan Xalq Komissarları Soveti Bakıda Kitab Palatası (passajı) təşkil etmək bərədə qərar verib.

 

5 fevral 1930 - Görkəmli xanəndə, Xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədov Bakının Maştağa kəndində doğulub. Milli muğam sənətinin inkişafına dəyərli töhfələr verib, onlarla mahnı və təsnif yaradıb.

 

5 fevral 1934 - Əməkdar incəsənət xadimi, musiqişünas, professor Aida Zeynal qızı Tağızadə Şuşada anadan olub. 

 

5 fevral 1939 – Xalq yazıçısı, dramaturq, ssenarist və rejissor Rüstəm Məmməd İbrahim oğlu İbrahimbəyov Bakıda anadan olub. 30-dan çox filmin (“Səhranın bəyaz günəşi”, “Ad günü”, “İstintaq”, “Park”, “Özgə ömür”, “Ölsəm... bağışla” və s.) ssenari müəllifidir. Pyesləri bir çox teatrlarında səhnəyə qoyulub. Ssenari müəllifi olduğu "Günəşdən usanmışlar" filmi (rejissor Nikita Mixalkov) 1994-cü ildə "Oskar” mükafatına layiq görülüb.

 

5 fevral 1948 - Şair, dramaturq Mərkəz Mikayıl oğlu Qacar (1948-2013) Füzuli şəhərində doğulub. İxtisasca hüquqşünas olub. Bədii əsərlərindən (təmsil, rübai, qəzəl, poema, dram əsərləri) ibarət 30-dək kitabı çap olunub. 
 

5 fevral 1963 - Teatr və kino aktrisası Münəvvər Səməd qızı Kələntərli (1912, Lənkəran - 1963) vəfat edib. 1933-cü ildən səhnə fəaliyyətinə başlayıb, opera tamaşalarında, musiqili komediyalarda çıxış edib. "Arşın mal alan" (1945), "Bəxtiyar”, "Qızmar günəş altında", "Görüş", "O olmasın, bu olsun" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
 

5 fevral 1991 - Ali Sovet Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında qanun qəbul edilib. Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Azərbaycanın Dövlət bayrağı kimi təsdiq edilib. Dövlət bayrağı bərabər enli üç üfüqi (mavi, qırmızı, yaşıl) zolaqdan ibarətdir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq istəyini, yaşıl rəng - İslam dininə mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib.

 

Dünya

 

5 fevral 1808 - Alman rəssamı, bidermayer (məişət və interyer detallarının, sadə adamların təsviri) üslubunun məşhur nümayəndəsi Karl Şpisveq (Carl Spitzweg, 1808-1885) anadan olub.
 

5 fevral 1810 - Norveç milli musiqi məktəbinin banilərindən biri, bəstəkar, skripkaçı Ule Bull (Ole Borneman Bull, 1810-1880) anadan olub.
 

5 fevral 1836 - Rus ədəbiyyatşünası Nikolay Aleksandroviç Dobrolyubov (1836-1861) anadan olub.
 

5 fevral 1864 - Alman bəstəkarı, çoxsaylı hərbi marşların müəllifi Karl Teyke (Carl Albert Hermann Teike, 1864-1922) anadan olub.
 

5 fevral 1914 - Tanınmış Amerika yazıçısı Uilyam Stüard Berrouz (William Seward Burroughs, 1914-1997) anadan olub.
 

5 fevral 1923 - Belarus təsviri sənətinin klassiki, məşhur rəssam Leonid Şmelev anadan olub.

 

5 fevral 1943 - Amerika kinorejissoru, ssenarist və prodüser Maykl Mann (Michael Mann) anadan olub.
 

5 fevral 1945 - İngilis aktrisası Şarlotta Remlinq (Tessa Charlotte Rampling) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi