“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.02.2013, 09:27
1461

4 fevral

A- A+

4 fevral 1945 – Görkəmli müğənni və bəstəkar, Xalq artisti Polad Bülbüloğlu anadan olub...

Azərbaycan

 

4 fevral 1921 - Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə (Lütfi Rəhim oğlu Ələsgərzadə) Bakıda anadan olub. 1930-cu ildə ailəsi ilə İrana köçüb. 1944-cü ildə ABŞ-a gedib. Massaçusets Texnologiya Universitetində oxuyub, Kolumbiya Universitetində professor elmi dərəcəsi alıb. 1960-cı illərdən Berkli Universitetində (Kaliforniya) işləməyə başlayıb. Lütfi Zadəyə şöhrət gətirən qeyri-səlis məntiq nəzəriyyəsi 80-ci illərdən dünyanın ən aparıcı texnologiya şirkətlərində istifadə olunur.

 

4 fevral 1939 - Xalq artisti, aktyor Tariyel İsgəndər oğlu Qasımov Ağstafanın Köçəsgər kəndində anadan olub. “Axırıncı aşırım”, “Vulkana doğru”, “Doğma sahillər” və s. filmlərdə çəkilib. 

 

4 fevral 1945 – Görkəmli müğənni və bəstəkar, Xalq artisti, professor Polad Bülbüloğlu anadan olub. “Eşq və ölüm” baleti, 100-dək mahnı, “Qorxma, mən səninləyəm”, “Uşaqlığın son gecəsi”, “Babək”, “Ən vacib müsahibə”, “İstintaq davam edir”, “Sevinc buxtası”, “Hökmdarın taleyi”, "Dolu" və s. filmlərə musiqi yazıb. 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri, 1994-2005-ci illərdə TÜRKSOY-un baş katibi olub. 2006-cı ildən ölkəmizin Rusiyada səfiridir. “İstiqlal” ordeninə layiq görülüb.

 

4 fevral 1956 - Xalq artisti, xanəndə Səkinə Qulu qızı İsmayılova anadan olub. Opera və Balet Teatrında Leyli ("Leyli və Məcnun", Ü.Hacıbəyli), Ərəbzəngi ("Şah İsmayıl", M.Maqomayev) və s. partiyaları uğurla ifa edib.

 

Dünya

 

4 fevral 1873 - Rus yazıçısı Mixail Mixayloviç Prişvin (1873-1954) anadan olub.
 

4 fevral 1889 - Rus filosofu və kulturoloqu Pitirim Aleksandroviç Sorokin (1889-1968) anadan olub.
 

4 fevral 1900 - Fransız şairi, kinossenarist Jak Prever (Jacques Prevert, 1900-1977) anadan olub.
 

4 fevral 1915 - İngilis aktyoru, “mister Pitkin” haqqında kinokomediyalarda baş rolun ifaçısı Norman Uizdom (Norman Joseph Wisdom, 1915-2010) anadan olub.
 

4 fevral 1948 - Amerika rok-musiqiçisi Elis Kuper (Alice Cooper - Vincent Damon Furnier) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi