1 fevral
1 fevral 1999 - Məşhur türk musiqiçisi, bəstəkar, televiziya aparıcsı Barış Manço vəfat edib...
Azərbaycan
1 fevral 1935 - Yazıçı-publisist Nazim Sadiq oğlu İbrahimov anadan olub.
1 fevral 1949 - Türkiyənin paytaxtı Ankarada "Azərbaycan Kültür Dərnəyi" təsis edilib. Bu, dünyadakı azərbaycanlı diasporunun təşkilatlanması sahəsində ilk addım idi. Bundan sonra, 1956-cı ildə Azərbaycan Xalq Cümhuriyyətinin milli təhlükəsizlik naziri Nağı bəy Şeyxzamanlının oğlu Saleh bəy Şeyxzamanlı Amerika Azərbaycan Cəmiyyətini təsis etdi. Hazırda quruma N.Şeyxzamanlının nəvəsi Tomris Azəri rəhbərlik edir.
1 fevral 2004 - Rejissor, aktyor, Xalq artisti Lütfi Şahbaz oğlu Məmmədbəyov (6.2.1927- 2004) vəfat edib. 60-dan çox televiziya tamaşasına, “İtkin gəlin” teleserialına quruluş verib. “O olmasın, bu olsun” (Sərvərin dostu), “Qızmar günəş altında” (Xəlil), “Səhər” (Aslan), “Sehrli xalat” (Əli müəllim) və s. filmlərdə çəkilib.
Dünya
1 fevral 1895 - Amerika kinorejissoru, rejissorlar arasında ən çox (4 dəfə) “Oskar” mükafatına layiq görülmüş Con Ford (John Ford - John Martin Feeney; 1895-1973) anadan olub.
1 fevral 1901 - Amerika aktyoru, “Oskar” laureatı Klark Qeybl (William Clark Gable; 1901-1960) anadan olub. «Küləklə sovrulanlar» filmində Rett Bartler rolu ilə məşhurlaşıb.
1 fevral 1902 - Amerika yazıçı-dramaturqu, şair Lenston Hyuz (James Mercer Langston Hughes, 1902-1967) anadan olub.
1 fevral 1942 – Rusiyanın Xalq artisti, məşhur müğənni Lev Valeryanoviç Leşşenko anadan olub.
1 fevral 1999 - Məşhur türk musiqiçisi, bəstəkar, televiziya aparıcısı Barış Manço (2.1.1943 - 1999) vəfat edib. Türkiyədə rok musiqisinin öncüllərindən biridir. Bəstələdiyi 200-dən çox mahnı ona 12 qızıl və 1 platin albom (1 milyon satış) qazandırıb. Hazırladığı televiziya proqramları ilə bir çox ölkələrdə səfərdə olub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: