“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.03.2013, 10:29
1351

4 mart

A- A+

4 mart 1678 - Məşhur italyan bəstəkarı Antonio Vivaldi Venesiyada doğulub...

Azərbaycan

 

4 mart 1919 - Məşhur Bakı milyonçusu, mesenat Ağamusa Nağıyev (1849-1919) vəfat edib. A.Nağıyev Bakıda 100-ə yaxın müxtəlif təyinatlı bina inşa etdirib. Gözəl memarlıq nümunələri olan bu binalarda bu gün müxtəlif qurum və müəssisələr (AMEA-nın Rəyasət Heyəti (“İsmailyyə”), Dövlət Neft Şirkəti, ÜNS teatrı və s.) fəaliyyət göstərir.

 

Dünya

 

4 mart 1678 - Məşhur italyan bəstəkarı, skripkaçı, dirijor Antonio Vivaldi (Antonio Lucio Vivaldi, 1678-1741) Venesiyada doğulub. “İlin fəsilləri” (skripka üçün 4 konsert) adlı əsəri ilə şöhrət qazanıb.

 

4 mart 1865 - Eston realist ədəbiyyatının banilərindən biri, yazıçı-dramaturq Eduard Vilde (1865-1933) anadan olub.
 

4 mart 1877 - Amerikalı ixtiraçı Emil Berliner ilk mikrofonu (yunanca mikros - kiçik, fone - səs) icad edib.
 

4 mart 1908 - Rus yazıçısı Boris Nikolayeviç Polevoy (1908-1981) anadan olub. “Əsl insan haqqında povest” ilə məşhurdur.
 

4 mart 1925 - Məşhur fransız bəstəkarı, aranyimançı, dirijor Pol Moria (Paul Mauriat, 1925-2006) anadan olub. Lirik kompozisiyaları ilə dünya şöhrəti qazanıb. 
 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi