“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
03.03.2013, 10:26
1128

3 mart

A- A+

3 mart 1937 - Yazıçı Fərman Kərimzadə Qərbi Azərbaycanın Böyük Vedi kəndində anadan olub...

Azərbaycan

 

3 mart 1875 – Tanınmış memar, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Məmmədhəsən Cəfərqulu oğlu Hacınski (1875 - 9.2.1931) anadan olub. Cümhuriyyət hökumətlərində xarici və daxili işlər nazirləri postlarını (“Müsavat” partiyasından) tutub. 1920-ci ilin aprelində Azərbaycan kommunistlərinə qoşulub. Sovet dövründə müxtəlif vəzifələrdə işləyib, 1931-ci ildə Zaqafqaziya Diyar Partiya Komitəsinin rəhbəri L.Beriyanın göstərişi ilə həbs edilib və Tiflis həbsxanasında öldürülüb. 

 

3 mart 1912 - Yazıçı Manaf Süleymanov (1912-2002) anadan olub. Köhnə Bakı haqqında "Eşitdiklərim, oxuduqlarım və gördüklərim" adlı tarixi-ensiklopedik kitabın, “Dalğalar qoynunda”, “Fırtına”, “Zirvələr”, “Yerin sirri” və s. romanların müəllifidir.

 

3 mart 1926 - Şairə, ədəbiyyatşünas Hökumə İbrahim qızı Billuri (1926 -22.11.2000) Cənubi Azərbaycanın Zəncan şəhərində doğulub.  Məhəmmdəhüseyn Şəhriyarın farsca şeirlərini Azərbaycan dilinə çevirib.  Səməd Vurğun "Zəncinin arzuları" poemasını, C.Cabbarlı, M.Dilbazi, N.Xəzrinin əsərlərini fars dilinə tərcümə edib.

 

3 mart 1937 - Yazıçı Fərman Kərimzadə (1937-1989) Qərbi Azərbaycanın (indiki Ermənistan) Böyük Vedi kəndində anadan olub. “Çaldıran döyüşü”, "Xudafərin körpüsü”, “Qarlı aşırım”, “Təbriz namusu” və s. əsərlərin müəllifidir. "Qarlı aşırım" romanı əsasında "Axırıncı aşırım" bədii filmi çəkilib. 

 

Dünya

 

3 mart 1879 - Litva lirik nəsrinin banisi, şair, publisist Yonas Bilyunas (1879-1907) anadan olub.
 

3 mart 1899 - Rus yazıçısı, şair, dramaturq Yuri Karloviç Oleşa (1899-1960) anadan olub. “Üç gombul” nağıl-povesti ilə tanınır.
 

3 mart 1919 - Cənubi Afrika yazıçısı Peter Abrahams anadan olub. Böyük Azərbaycan bəstəkarı Qara Qarayev 1958-ci ildə Peter Abrahamsın “İldırımlı yollarla” romanının motivləri əsasında eyniadlı balet (librettonun müəllifi Y.Slonimski) yazıb.

 

3 mart 1925 - Rusiyanın Xalq artisti, aktrisa Rimma Vasilyevna Markova anadan olub.

 

3 mart 1929 — Tanınmış özbək yazıçı-dramaturqu, şair Conrid Abdullaxanov anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi