“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
22.03.2013, 09:30
1102

22 mart

A- A+

22 mart 1914 - Xalq artisti, məşhur aktyor Lütfəli Abdullayev anadan olub...

Azərbaycan

 

22 mart 1895 - Nasir Hacıbaba Hacı Ələsgər oğlu Nəzərli (1895-28.1.1938) anadan olub. «Qışlaqdan kəndə», «Laçın» və s. kitabların müəllifidir. Repressiya qurbanı olub.

 

22 mart 1898 - Aktyor, Əməkdar artist Hacıməmməd Ələkbər oğlu Qafqazlı (Quliyev; 1898 - 21.9.1982) Lənkəranda anadan olub. “Qızmar günəş altında”, “Arşın mal alan” (1965), “Yeddi oğul istərəm” və s. filmlərdə çəkilib.

 

22 mart 1900 - Xalq yazıçısı, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı Süleyman Hüseyn oğlu Rəhimov (1900 - 11.10.1983) Qubadlı rayonunun Əyin kəndində anadan olub. "Şamo", "Saçlı", "Mehman", "Medalyon", "Qafqaz qartalı" və s. əsərləri ilə Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutur.

 

22 mart 1909 - Xalq yazıçısı Mehdi Əli oğlu Hüseyn (1909 - 10.3.1965) Qazaxın Şıxlı kəndində doğulub. "Səhər", "Abşeron", "Qara daşlar" romanları, «Alov» pyesi və s. əsərlərin müəllifidir.

 

22 mart 1910 - Şair Soltan Məcid oğlu İsmayılov (1910-1963) Göyçayda doğulub. "Məhsəti", "Pəri qala", "Məhəbbət" və s. poemaların müəllifidir, Puşkin, Lermontov, Nekrasov və başqa rus şairlərinin əsərlərini dilimizə çevirib.
 

22 mart 1913 - Xalq artisti, tanınmış aktyor Əlağa İsmayıl oğlu Ağayev (1913 -21.12.1983) anadan olub. Gənc Tamaşaçılar, Akademik Dram Teatrında çalışıb. “Görüş” (Şıxəli), “O olmasın, bu olsun” (Məşədi İbad), “Qanun naminə” (Məmmədxan) və s. filmlərdə çəkilib.

 

22 mart 1913 - Yazıçı-dramaturq, ssenarist Məhərrəm Əlizadə (1913-1983) anadan olub. "Gözün aydın", "Səndən mənə yar olmaz" və s. pyeslərin, “Kazbek qutusu” filminin ssenari müəllifidir.

 

22 mart 1913 - Yazıçı, ədəbiyyatşünas Mirzə Müştaq (Mirzəyev Mirzə Bağır oğlu; 1913 - 11.12.2001) anadan olub. "Məni bağışla" , "O, mənim dostumdur", "Aydın yollarda" və s. roman və povestlərin müəllifidir.

 

22 mart 1913 - Yazıçı Qəhrəman Rüstəm oğıu Qəhrəmanzadə (1913 - 22.1.1990) Cənubi Azərbaycanda, Qaradağ mahalının Vərdin kəndində anadan olub.

 

22 mart 1914 - Xalq artisti, məşhur aktyor Lütfəli Əmir oğlu Abdullayev (1914 - 9.12.1973) Şəkidə doğulub. "Arşın mal alan" (1945, Vəli), “Əhməd haradadır?" (Zülümov), "Ulduz" (Məhəmməd) və s. filmlərdə çəkilib.

 

22 mart 1917 - Görkəmli aktyor, Xalq artisti Yusif Abdulla oğlu Vəliyev (1917 - 18.3.1980) Dərbənddə anadan olub. “Nəsimi” (Teymurləng), “Tütək səsi” (Qılınc Qurban), “Arxadan vurulan zərbə” (Fəttah - Qurd Cəbrayıl) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

22 mart 1919 - Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlı (1919 - 6.7.1995) Qazax rayonunun II Şıxlı kəndində anadan olub. «Dəli Kür» romanının, povest və hekayələrin müəllifidir. Yazıçılar Birliyinin sədri, Milli Məclisin deputatı olub.

 

22 mart 1922 – Cənubi Azərbaycan yazıçısı Fəthi Xoşginabi (Fəthi Həmzə Əli oğlu; 1922-1989) аnаdаn оlub.

 

22 mart 1925 - Xalq artisti, aktrisa Zəroş Mirzəbağır qızı Həmzəyeva (1925 -5.6.2004) Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində doğulub. 
 

22 mart 1931 - Məşhur şair Əli Kərim (Əli Paşa oğlu Kərimov, 1931 - 30.6.1969) Göyçayda anadan olub. Populyar şeirlərin, “Pillələr” romanının müəllifidir.

 

22 mart 1933 - Xalq artisti, tanınmış xanəndə Rübabə Xəlil qızı Muradova (1933-1983) Ərdəbildə doğulub. Opera və Balet Teatrının solisti olub. Əsas partiyaları: Leyli ("Leylı və Məcnun", Ü.Hacıbəyli), Ərəbzəngi ("Şah İsmayıl", M.Maqomayev) və s.

 

22 mart 1938 - Yazıçı, tərcüməçi Sabir Əli oğlu Azəri (1938 - 28.1.2010) Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olub. «Dalanda», “Qorxu” və s. romanların, “Köhnə bərə” filminin ssenari müəllifidir.

 

Dünya

 

22 mart 1394 - Böyük özbək astronomu, mütəfəkkir, sərkərdə Məhəmməd Taragay Uluqbəy (1394-1449) anadan olub. Əmir Teymuryun nəvəsidir, Teymurilər dövlətinə başçılıq edib. Səmərqənd yaxınlığında məşhur rəsədxananı yaradıb.

 

22 mart 1842 - Ukrayna milli bəstəkarlıq məktəbinin banisi Nikolay Vitalyeviç Lısenko (1842-1912) anadan olub.

 

22 mart 1915 - SSRİ Xalq artisti, aktyor Georgi Stepanoviç Jjenov 1915-2005) anadan olub. “Avtomobildən qorun”, “Ekipaj” və s. flimlərdə çəkilib.

 

22 mart 1949 - Fransız kinoaktrisası Fanni Ardan (Fanny Ardant) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

 

Xəbərlər
Ermənilərin yerlə-yeksan etdikləri Cəbrayılda tikdikləri “ibadətgah” işğalçılığın nümunəsi idi

26.03.2021, 14:00 18

Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək

19.03.2021, 13:00 90

Qarabağda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı keçirilib

30.01.2021, 19:00 370

Əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə – bizim dəmir yumruğumuzu bir daha görəcək

15.01.2021, 15:00 425

2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib

06.01.2021, 10:00 74

Zəfər gətirən ildən yeni zəfərlərə doğru

31.12.2020, 11:00 369

Cəbrayılın azad olunması uğrunda canından keçən igidlər

26.12.2020, 17:00 437

Azərbaycan bu məsələni özü həll etdi, halbuki Minsk qrupu 28 il mandata sahib idi

13.12.2020, 09:00 596

"Mən müstəqilliyi Azərbaycan xalqı üçün ən böyük nailiyyət hesab etmişəm"

12.12.2020, 12:00 1319

Vətən müharibəsinin möhtəşəm finalı

11.12.2020, 11:00 610

Alban-udi dini icmasının nümayəndələri Kəlbəcərdəki Xudavəng monastırını ziyarət ediblər

05.12.2020, 12:00 548

Müsəlmanlar, xristianlar, yəhudilər Vətən müharibəsi şəhidlərini yad ediblər

04.12.2020, 17:00 457

Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb

04.12.2020, 14:00 352

Cənubi Qafqaz təhlükəsizlik və əməkdaşlıq baxımından yeni mərhələyə qədəm qoyur

03.12.2020, 10:00 342

Yaşasın bizim çoxmillətli Azərbaycan xalqı!

01.12.2020, 17:00 127

Redaktorun seçimi