29 mart
29 mart 1939 - Görkəmli yazıçı, dramaturq Süleyman Sani Axundov vəfat edib...
Azərbaycan
29 mart 1873 - Şair Mirzəli Möcüz Şəbüstəri (1873-1934) Cənubi Azərbaycanda Şəbüstər qəsəbəsində anadan olub.
29 mart 1928 - Şair Tacəddin Şahdağlı (Tacəddin Abdulla oğlu Məmmədov) Qəbələ rayonunun Xırxtala kəndində anadan olub. Bir sıra şeirlərinə mahnı bəstələnib.
29 mart 1939 - Görkəmli yazıçı, dramaturq Süleyman Sani Axundov (3.10.1875, Şuşa - 1939) vəfat edib. Yazıçının «Qorxulu nağıllar» adı altında toplanan hekayələri Azərbaycan uşaq ədəbiyyatının klassikası sayılır.
29 mart 1951 – Dirijor, Əməkdar incəsənət xadimi, professor Azad Sabir oğlu Əliyev (1951 – 30.3.2014) Bakıda doğulub. Azərbaycan Televiziyası və Radiosu Niyazi adına simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru olub.
29 mart 1976 - Tanınmış ədəbiyyatşünas, akademik Feyzulla Qasımzadə (19.10.1898-1976) vəfat edib. Uzun illər Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik edib.
Dünya
29 mart 1735 – Alman yazıçısı, folklorşünas Yohan Muzeus (Johann Karl August Musäus; 1735-1787) anadan olub.
29 mart 1936 - Məşhur rus kinorejissoru, aktyor Stanislav Sergeyeviç Qovoruxin anadan olub. “Görüş yerini dəyişmək olmaz”, “Voroşilov nişançısı” və s. filmlərə quruluş verib.
29 mart 1949 - Türk musiqiçisi, bəstəkar, müğənni Kayahan Açar (1949 - 3.4.2015) İzmirdə doğulub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: