“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.03.2013, 09:24
1545

28 mart

A- A+

28 mart 1924 - Tanınmış şair, tərcüməçi Teymur Elçin anadan olub...

Azərbaycan

 

28 mart 1886 - Azərbaycan teatrının görkəmli simalarından biri, SSRİ Xalq artisti Sidqi Ruhulla (Ruhulla Fətulla oğlu Axundov, 1886 - 5.5.1959) Bakının Buzovna kəndində doğulub. Tiflis Azərbaycan Teatrının inkişafında xüsusi xidmətləri olub. Təbrizdə milli teatrın yaradıcısıdır. 1916-cı ildə Daşkənddə Üzeyir Hacıbəylinun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarını tamaşaya qoyub. 1924-cü ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb. “Kəndlilər”, “Fətəli xan” filmlərində çəkilib.

 

28 mart 1895 – Tanınmış ədəbiyyatşünas, tərcüməçi Əziz Şərif (Əziz Qurbanəli oğlu Şərifzadə;1895-1.6.1989) Naxçıvan şəhərində doğulub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsinin professoru olub. Maksim Qorkinin "Ana", Aleksandr Fadeyevin "Tarmar" romanlarını Azərbaycan dilinə, bir sıra Azərbaycan ədəbiyyatı nümunələrini ruscaya tərcümə edib.

 

28 mart 1919 - Tanınmış mədəniyyət xadimi, aktyor, ssenarist, rejissor Cahangir Aslanoğlu (Məmmədov; 1919-1998) anadan olub.

 

28 mart 1924 - Tanınmış şair, tərcüməçi Teymur Elçin (Teymur Süleyman oğlu Əliyev, 1924 - 14.3.1992) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir, rus dilindən uşaq ədəbiyyatı nümunələrini tərcümə edib. Respublika Televiziya və Radio Verilişləri Komitəsinin sədri, mədəniyyət nazirinin müavini işləyib.

 

Dünya

 

28 mart 1483 - Böyük italyan rəssamı, qrafik, memar Rafael (Raffaello Santi, 1483-1520) anadan olub. Məşhur “Sistin madonnası” (“Madonna Sistina”) əsərinin müəllifi, Romadakı Müqəddəs Pyotr kilsəsinin memarıdır.

 

28 mart 1868 - Böyük rus yazıçısı və dramaturqu Maksim Qorki (Aleksey Maksimoviç Peşkov; (1868 - 18.6.1936) anadan olub. Əsərləri: “Ana”, “Foma Qordeyev”, “Artamonovların işi”, “Klim Samqinin həyatı” romanları; “Uşaqlıq”, “Mənim universitetlərim” povestləri; “Meşşanlar”, “Həyatın dibində”, “Yeqor Bulıçev və başqaları”, “Vassa Jeleznova” pyesləri və s.

 

28 mart 1925 - SSRİ Xalq artisti, məşhur rus teatr və kino aktyoru İnnokenti Mixayloviç Smoktunovski (1924-1994) anadan olub. Teatrda knyaz Mışkın (“İdiot”, F.Dostoyevski) rolu ilə məşhurlaşıb. Filmləri: “Hamlet” (Hamlet), “Avtomobildən qorun” (Detoçkin), “Ölü canlar” (Plyuşkin) və s.

 

28 mart 1936 — Peru yazıçızı, dramaturq və publisist, ədəbiyyat üzrə Nobel mükafatı (2010) laureatı Mario Varqas Lyosa anadan olub. “Şəhər və itlər”, “Yaşıl ev”, “Kilsə”də söhbət”, “Dünyanın sonunun müharibəsi”, “Keçi bayramı” və s. romanların müəllifidir. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi