18 mart
18 mart 1943 - Xalq yazıçısı Mövlud Süleymanlı anadan olub...
Azərbaycan
18 mart 1916 - Şair Böyükağa Məmməd oğlu Qasımov (1916-29.8.1957) anadan olub.
18 mart 1922 - Dramaturq Qeybulla İbadulla oğlu Rəsulov (1922-11.9.1988) Qax rayonunun İlisu kəndində doğulub. Pyesləri: "Nəsillər", "Günəşlə oyananlar", "Şəhərli oğlan", "Bir "Volqa" məhəbbət" və s.
18 mart 1943 - Xalq yazıçısı Mövlud Süleymanlı (Balakişiyev) Qərbi Azərbaycanın Qızıl Şəfəq kəndində (Ermənistan SSR, Kalinino rayonu) anadan olub. “Köç” romanının, povest, pyes və ssenarilərin müəllifidir. Uzun illər Azərbaycan Dövlət Radiosuna rəhbərlik edib.
Dünya
18 mart 1842 - Məşhur fransız şairi, simvolizmin banilərindən biri Stefan Mallarme (Stéphane Mallarmé; 1842-1898) anadan olub.
18 mart 1844 - Görkəmli rus bəstəkarı, dirijor, pedaqoq Nikolay Andreyeviç Rimski-Korsakov (1844-1908) anadan olub. “Sadko”, “Qar qız”, “Motsart və Salyeri”, “Qızıl xoruz” operalarının, “Şəhrizad” simfonik süitasının müəllifidir.
18 mart 1913 - Fransız kinorejissoru Rene Kleman (René Clément, 1913-1996) anadan olub.
18 mart 1932 - Amerika yazıçısı, şair və ədəbiyyatşünas Con Apdayk (John Hoyer Updike) anadan olub.
18 mart 1938 – Hind aktyoru, rejissor, prodüser Şaşi Kapur (Shashi Kapoor; 1938 - 4.12.2017) anadan olub. Kapurların ikinci nəslinin nümayəndəsi, Rac Kapurun kiçik qardaşıdır. 100-dən çox filmə çəkilib. Məşhur flmləri: “Üç dişli”, “Divar”, “Məhəbbət həyatdır və s.
18 mart 1959 – Məşhur fransız rejissoru, ssenarist, prodüser Lük Besson (Luc Besson) anadan olub. “Onun adı Nikita idi”, “Leon”, “Janna D’Ark” və s. filmlərə quruluş verib.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: