“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.03.2013, 10:00
1458

13 mart

A- A+

13 mart 1927 - Görkəmli aktyor, Xalq artisti Nodar Şaşıqoğlu anadan olub...

Azərbaycan

 

13 mart 1899 - Xalq artisti, aktyor Məmmədəli Hacı Heydər oğlu Vəlixanlı (Heydərzadə; 1899-12.4.1969) Bakının Fatmayı kəndində doğulub. “Görüş” filmində (Çayçı) çəkilib.

 

13 mart 1927 - Görkəmli aktyor, Xalq artisti Nodar Şaşıqoğlu (Nodar İzzətoviç Şaşıqoğlu; 1927 - 12.4.2013) Batumi şəhərində anadan olub. Moskva və Sankt-Peterburq teatrlarında çalışıb. «Azərbaycanfilm», «Mosfilm» və s. kinostudiyalarda işləyib. “Uzaq sahillərdə” (1958) filmində Mixaylo rolu böyük şöhrət qazanıb. “Əsl dost” (1959), “Bizim küçə” (1961), “Telefonçu qız” (1962) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. 2003-cü ildən S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında çalışır.
 

13 mart 1928 – Tanınmış skripkaçı, Əməkdar artist Azad Həmzə oğlu Əliyev (1928 - 17.8.1994) anadan olub.

 

13 mart 1935 - Ədəbiyyatşünas alim Arif Allahyar oğlu Hacıyev (1935-2000) anadan olub.
 

13 mart 1938 - SSRİ hökuməti bütün müttəfiq respublikaların məktəblərində rus dilinin icbari tədris olunması barədə qərar verib. Milli dilin məhdudlaşdırılması və ruslaşdırma siyasəti repressiyalarla müşayiət olunurdu. 
 

13 mart 1994 - Görkəmli aktyor Həsən Abbasqulu oğlu Əbluc (22.4.1942, Təbriz - 1994) vəfat edib. Teatr, televiziya tamaşalarında, kinoda (“Dantenin yubileyi”, “Qanlı zəmi”, “Tənha narın nağılı”, “Ölsəm... bağışla”, “Pəncərə” (aktyor və rejissor) maralı obrazlar yaradıb.

 

Dünya

 

13 mart 1733 - İngilis materailist filosofu, Cozef Pristli (Joseph Priestley, 1733-1804) anadan olub.
 

13 mart 1838 - İtalyan yazıçısı, tarixi romanlar (“Spartak” və s.) müəllifi Rafaello Covanyoli (Raffaello Giovagnoli, 1838-1915) anadan olub.
 

13 mart 1845 - Polyak əsilli məşhur rus dilçi alimi İvan Aleksandroviç Boduen de Kurtene (Jan Niecislaw Ignacy Baudouin de Courtenay, 1845-1929) anadan olub.
 

13 mart 1900 - Yunan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1963) laureatı Giorgos Seferis (1900-1971) anadan olub.
 

13 mart 1906 - Rus kinorejissoru, ssenarist İsidor Annenski (1906-1977) anadan olub. "Azərbaycanfim"də çəkilən “Telefonçu qız” filminin (1962) ssenari müəllifidir (Həsən Seyidbəyli ilə müştərək).

 

13 mart 1910 – Türk yazıçısı Kamal Tahir Dəmir (1910 – 21.4.1973) anadan olub. Solçu dünyagörüşü ilə tanınıb. “Əsir şəhərin insanları”, “Yeddiçınar yaylası”, “Yorğun savaşçı”, “Dövlət ana”, “Qurd qanunu” və s. romanların müəllifidir.

 

13 mart 1913 - Rus şairi Sergey Vladimiroviç Mixalkov (1913-2009) anadan olub. SSRİ-nin və Rusiyanın dövlət himnlərinin sözlərinin müəllifidir.
 

13 mart 1922 - Məşhur kalmık şairi David Nikitoviç Kuqultinov (1922-2006) anadan olub.
 

13 mart 1944 - Rusiyanın Xalq artisti, məşhur sirk ustası, illüziyonçu İqor Emiloviç Kio anadan olub.

 

13 mart 1951 - Rusiyanın Xalq artisti, tanınmış aktrisa İrina İvanovna Alfyorova anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi