“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.03.2013, 09:28
1343

21 mart

A- A+

21 mart 1906 - Böyük şair, dramaturq Səməd Vurğun anadan olub...

Azərbaycan

 

21 mart 1896 – Xalq artisti, məşhur aktyor Kazım Ziya (Kazım Cəfər oğlu Kazımzadə; 1896-20.11.1956) Ordubad rayonunun Yuxarı Əylis kəndində doğulub. Teatr tamaşalarında çoxsaylı obrazlar yaradıb, “Səbuhi” (Şeyx Əli), “Fətəli xan” (Mirzə Nadir) filmlərində çəkilib.

 

21 mart 1897 – Şair, publisist Böyükağa Mirqasım oğlu Talıblı (1897-1938) Salyan şəhərində аnаdаn оlub. “Keyf içində”, “Tövbə” və s. kitabların müəllifidir. Repressiya qurbanı olub.

 

21 mart 1898 - Xalq artisti, aktyor İsmayıl Talıbzadə (1898-1967) anadan olub.

 

21 mart 1900 – Dilçi alim, filoloq Muxtar Hüseyn oğlu Hüseynzadə (1900-1985) anadan olub. 

 

21 mart 1906 - Böyük şair, dramaturq, ictimai xadim Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov; 1906 - 27.5.1956) Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulub. Azərbaycanın ilk Xalq şairidir, Azərbaycan Elmlər Akademiyasının üzvü, Yazıçılar İttifaqının sədri (1941-1948) olub. "Muğan", "Aygün" və s. poemaların (ümumilikdə 20-dən çox poema), "Vaqif", "Fərhad və Şirin" və s. mənzum dramların müəllifidir.

 

21 mart 1914 - Xalq artisti, aktyor Hüseynağa Ələsgər oğlu Sadıqov (1914 -23.2.1983) anadan olub.

 

21 mart 1915 - Ədəbiyyatşünas alim Əkbər Məmməd oğlu Ağayev (1915-1989) anadan olub.

 

21 mart 1921 - Yazıçı-jurnalist, pedaqoq, professor Nurəddin Həsən oğlu Babayev (1921-25.9.1991) Gəncə şəhərində doğulub. Bakı Dövlət Universitetində jurnalistika fakültəsinin ilk dekanı olub. Kitabları: "Jurnalistika məsələləri" (dərslik, həmmüəllif), "Oğluma məktublar", "Qızlar, sözüm sizədir", "İşıq və məhəbbət", "Ürəklər bir olanda"və s. 

 

21 mart 1924 – Tanınmış saz-söz ustadı, Əməkdar mədəniyyət işçisi, aşıq Mikayıl Cabbar oğlu Azaflı (Zeynalov, 1924- 12.10.1990) Tovuz rayonunun Azaflı kəndində doğulub. "Mikayıl Azaflı və Narinc xatın" dastanı, "Azaflı dübeyti", "Azaflı gəraylısı" və s. məcmuələrinin müəllifidir. "Qoca qartal" şeirlər kitabı Bakıda (1987) və Türkiyədə (1989) nəşr olunub.

 

21 mart 1928 - Şair, publisist Ağacavad Əlizadə (1928-1995) anadan olub.

 

Dünya

 

21 mart Dünya Poeziya Günüdür (World Poetry Day). 1999-cu ildə UNESCO tərəfindən dünyadakı dil müxtəlifliyini təşviq etmək və yox olmaqda olan dilləri poeziya vasitəsilə dəstəkləmək məqsədilə təsis edilib.

 

21 mart 1685 - Dahi alman bəstəkarı və orqan ifaçısı Yohann Sebastyan Bax (Johann Sebástian Bach, (yeni təqvimlə 31) 1685 - 1750) anadan olub.

 

21 mart 1839 - Məşhur rus bəstıkarı Modest Petroviç Musoqrski (1839-1881) anadan olub. “Boris Qodunov” operasının müəllifidir.

 

21 mart 1895 - SSRİ Xalq artisti, məşhur rus müğənnisi, aktyor Leonid Osipoviç Utyosov (1895-1982) anadan olub.

 

21 mart 1946 - İngilis kinoaktyoru, Ceyms Bond obrazının yaradıcılarından biri Timoti Dalton (Timothy Dalton) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi