“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
14.03.2013, 09:04
1522

14 mart

A- A+

14 mart 1938 - Xalq yazıçısı, dramaturq, ssenarist Anar anadan olub...

Azərbaycan

 

14 mart 1919 - Məşhur satirik şair Əliqulu Qəmküsar (Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov, 1880, Naxçıvan - 1919) Tiflisdə qətlə yetirilib. “Molla Nəsrəddin” jurnalının tanınmış yazarlarından olub.

 

14 mart 1938 - Xalq yazıçısı, dramaturq, ssenarist Anar (Anar Rəsul oğlu Rzayev) anadan olub. Roman ("Beşmərtəbəli evin altıncı mərtəbəsi") və povestlərin ("Ağ liman", "Əlaqə"), hekayə ("Keçən ilin son gecəsi") və pyeslərin (“Şəhərin yay günləri", "Adamın adamı"), 10-dan çox filmin ssenarisinin (“Torpaq. Dəniz. Od. Səma”, “Gün keçdi”, “Dədə Qorqud”, “Təhminə”, “Otel otağı” və s.), tərcümə və publisistik məqalələrin müəllifidir. "Dantenin yubileyi", “Uzun ömrün akkordları”, “Qəm pəncərəsi” və s. filmlərə quruluş verib. 1991-ci ildən Azərbaycan Yazıçılar Birliyinin sədridir, Milli Məclisin deputatı (1995-20050 olub. “İstiqlal” ordeni, “Heydər Əliyev mükafatı” ilə təltif olunub. 

 

14 mart 1938 - Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Samət Qüdrət oğlu Əlizadə (1938 - 31.2.2002) Xızı kəndində anadan olub.

 

14 mart 1992 – Görkəmli şair, tərcüməçi Teymur Elçin (Teymur Süleyman oğlu Əliyev, 28.3.1924 - 1992) vəfat edib. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir,  rus dilindən uşaq ədəbiyyatı nümunələrini tərcümə edib. Respublika Televiziya və Radio Verilişləri Komitəsinin sədri, mədəniyyət nazirinin müavini  işləyib.

 

Dünya

 

14 mart 1681 - Məşhur alman bəstəkarı, musiqişünas Georq Filip Teleman (Georg-Philipp Telemann, 1681-1767) anadan olub. 40-dək operanın müəllifidir.
 

14 mart 1804 - Böyük Avstriya bəstəkarı, skripkaçı, dirijor, “Vyana” valsının yaradıcısı Yohann Ştraus (Johann Strauss; 1804-1849) anadan olub. Üç oğlu (Yohann, Yozef, Eduard) da məşhur bəstəkar olublar.
 

14 mart 1823 - Fransız yazıçı və şairi, incəsənət nəzəriyyəçisi Teodor de Banvil (Theodore Faullain de Banville; 1823-1891) anadan olub.
 

14 mart 1933 - İngilis aktyoru, iki dəfə “Oskar” laureatı Maykl Keyn (Michael Caine - əsl adı Maurice Joseph Micklewhite) anadan olub.
 

14 mart 1941 - Alman əsilli Amerika kinorejissoru Volfqanq (Wolfgang) Petersen anadan olub. “Prezident təyyarəsi”, “Epidemiya” və s. filmlərin rejissorudur. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi