“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.03.2013, 09:54
1226

10 mart

A- A+

10 mart 1873 - Azərbaycan peşəkar milli teatrının yarandığı gündür...

Azərbaycan

 

10 mart 1873 - Azərbaycan peşəkar milli teatrının yarandığı gündür. Həmin gün Bakıda böyük maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü, dramaturq Nəcəf bəy Vəzirov və aktyor Əsgər ağa Adıgözəlovun (Gorani) fəal iştirakı ilə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası səhnələşdirilib. 10 mart Azərbaycanda Teatr Günü kimi qeyd olunur.

 

10 mart 1878 - Görkəmli yazıçı, dramaturq, şair və filosof Mirzə Fətəli Axundzadə (30 iyun (yeni təqvimlə 12 iyul) 1812, Şəki - 1878) Tiflisdə vəfat edib. Yaradıcılığa şeirlə başlayıb, "Puşkinin ölümünə Şərq poeması" (1837) ilə məşhurluq qazanıb. 1850-1855-ci illərdə yazdığı 6 komediya (“Müsyö Jordan və dərviş Məstəli şah”, “Molla İbrahimxəlil kimyagər”, “Lənkəran xanın vəziri”, “Xırs-quldurbasan”, “Hacı Qara”, “Mürafiə vəkilləri”) ilə Azərbaycan dramaturgiyasının, 1857-ci ildə qələmə aldığı "Aldanmış kəvakib" povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub. 

 

10 mart 1915 - İlk azərbaycanlı balerina, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, pedaqoq, professor Qəmər Hacağa qızı Almaszadə (1915-7.4.2006) anadan olub. 
 

10 mart 1940 - Xalq artisti, tanınmış xanəndə Canəli Xanəli oğlu Əkbərov Lənkəran rayonunun Tükəvilə kəndində doğulub. Opera tamaşalarında ("Leyli və Məcnun" - Məcnun, "Əsli və Kərəm" - Kərəm, "Aşıq Qərib" - Qərib, "Şah İsmayıl - Şah İsmayıl və s.) baş rollarda çıxış edib.

 

10 mart 1948 - SSRİ Nazirlər Soveti Ermənistandakı azərbaycanlı əhalinin Azərbaycana deportasiyası haqqında ikinci qərar qəbul edib. SSRİ Nazirlər Sovetinin ilk qərarı 1947-ci il dekabrın 23-də qəbul olunmuşdu. 100 minə yaxın azərbaycanlının tarixi torpaqlarından deportasiyasını həyata keçirən bu qərarların təşəbbüskarı SSRİ Nazirlər Soveti sədrinin müavini Anastas Mikoyan idi. 1948-1953-cü illər deportasiyası nəticəsində Ermənistanda 476 azərbaycanlı kəndi boşaldılmışdı.

 

Dünya

 

10 mart 1772 - Alman filosofu, filoloq, dilçi və yazıçı Fridrix Şleqel (Friedrich Schlegel, 1772-1829) anadan olub.
 

10 mart 1926 - Rus bəstəkarı Aleksandr Sergeyeviç Zasepin anadan olub. “Qafqaz əsiri”, “Brilyant əl” filmlərinə musiqi yazıb.
 

10 mart 1930 - Litva şairi, yazıçı, dramaturq Yustinas Marsinkyaviçus (1930- 2011) anadan olub.
 

10 mart 1939 - Moskvada Şabolovka telemərkəzindən ilk televiziya yayımı başlanıb. Həmin vaxt Moskvada bir neçə yüz televizor vardı.

 

10 mart 1940 - Məşhur Amerika kinoaktyoru, əlbəyaxa döyüş sənəti ustası Çak Norris (Chuck Norris - Carlos Ray Norris) anadan olub.
 

10 mart 1955 - Polşa kinorejissoru, ssenarist Yuliuş Maxulski (Juliusz Machulski) anadan olub.
 

10 mart 1958 - Amerika aktrisası Şaron Stoun (Sharon Vonne Stone) anadan olub. “Əsas instinkt” (1992, Ketrin Tramell) filmi ilə şöhrət qazanıb. “Yolayrıcı”, “Kazino” və s. filmlərdə çəkilib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi