“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
12.03.2013, 09:58
1817

12 mart

A- A+

12 mart 1933 - Xalq şairi Cabir Novruz anadan olub...

Azərbaycan

 

12 mart Azərbaycanda Daxili Qoşunlar günüdür. Daxili Qoşunlar DİN-in tərkibində struktur kimi 1991-ci ilin sonunda formalaşıb, 1992-ci il martın 12-də  Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə qarşı ilk döyüşdə iştirak edib. Prezident Heydər Əliyevin 9 mart 1995-ci il tarixli fərmanı ilə 12 mart Daxili Qoşunlar günü elan edilib.

 

12 mart 1906 - Xalq şairi, dramaturq, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm (Süleyman Əliabbas oğlu Rüstəmzadə, 1906-10.6.1989) anadan olub. Böyük Vətən müharibəsi, Cənubi Azərbaycan mövzusunda əsərləri xüsusilə məşhurluq qazanıb. Akademik Dram Teatrın direktoru (1937-1938), «Ədəbiyyat qəzeti»nin baş redaktoru olub. 

 

12 mart 1933 - Xalq şairi Cabir Novruz (Cabir Mirzəbəy oğlu Novruzov, 1933-12.12.2002) anadan olub. Əsərlərində yüksək lirika ilə bərabər vətəndaş mövqeyi daim aparıcı xətt təşkil edib. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.

 

12 mart 1936 –Yazıçı-jurnalist, Prezident təqaüdçüsü Əmir Gülbala oğlu Mustafayev anadan olub.

 

12 mart 1938 - Şair Adil Qasımov anadan olub. 

 

12 mart 1942 - Fəlsəfə elmləri doktoru, ictimai xadim, AMEA-nın akademiki, Rusiya Federasiyası Pedaqoji və Sosial Elmlər Akademiyasının üzvü Əfrand Firudin oğlu Daşdəmirov (1942 – 7.4.2015) Bakıda anadan olub. Ali Sovetin deputatı, 80-ci illərdə Azərbaycan KP MK-nın Təbliğat və təşviqat üzrə şöbəsinin müdiri olub.

 

Dünya

 

12 mart 1672 - İrland əsilli ingilis yazıçısı, maarifçi ədəbiyyatın banilərindən biri Riçard Stil (Richard Steele, 1672-1729) anadan olub.
 

12 mart 1685 - İngilis filosofu, subyektiv idealizmin tanınmış simalarından biri (spiritualist) Corc Berkli (George Berkeley, 1685-1753) anadan olub.
 

12 mart 1728 - Alman rəssamı, klassisizmin tanınmış nümayəndəsi Anton Rafael Menqs (Anton Raphael Mengs, 1728-1779) anadan olub.
 

12 mart 1737 - Görkəmli rus arxitektoru, rus klassisizminin banilərindən biri Vasili İvanoviç Bajenov (1737-1799) anadan olub.
 

12 mart 1925 - Amerika fantast-yazıçısı Harri (Harry) Harrison (əsl adı Henry Maxwell Dempsey) anadan olub.
 

12 mart 1935 - Rus kinorejissoru, ssenarist, pedaqoq Valentin Konstantinoviç Çernıx anadan olub.
 

12 mart 1937 - Rus kinorejissoru Boris Valentinoviç Durov (1937-2000) anadan olub. Sovet dövrünün məşhur ekran əsərlərindən olan “XX əsrin dəniz quldurları” filminə (1979) quruluş verib.
 

12 mart 1937 - Tanınmış gürcü opera müğənnisi (tenor), SSRİ Xalq artisti Zurab Lavrentyeviç Sotkilava anadan olub.
 

12 mart 1946 - Amerika aktrisası, müğənni, “Oskar” laureatı Layza Minnelli (Liza Minnelli) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi