11 mart

11 mart 1925 - Xalq artisti, məşhur aktyor Bəşir Səfəroğlu anadan olub...
Azərbaycan
11 mart 1925 - Xalq artisti, məşhur aktyor Bəşir Səfəroğlu (1925 - 24.3.1969) anadan olub. 1942-ci ildən Azərbaycan Musiqili Komediya Teatrında işləyib, tamaşaçı rəğbəti qazanan obrazlar yaradıb. "Əhməd haradadır?", "Ulduz", “Xoca Nəsrəddinin 12 qəbri" (“Tacikfilm”) və s. filmlərdə çəkilib.
11 mart 1958 – Əməkdar artist Hicran Fətəli qızı Nəsirova Bakının Əmircan qəsəbəsində doğulub. Akademik Milli Dram Teatrında, televiziya tamaşalarında (“Evləri köndələn yar” - Reyhan, “İtkin gəlin” - Dünya) maraqlı obrazlar yaradıb.
Dünya
11 mart 1544 - İtalyan şairi Torkvato Tasso (Torquato Tasso, 1544-1595) anadan olub.
11 mart 1818 - Fransız əsilli rus baletmeysteri, tanınmış pedaqoq Marius İvanoviç Petipa (1818-1910) anadan olub.
11 mart 1926 - Rusiyanın Xalq artisti, aktyor Yevgeni Şutov (1926-1995) anadan olub.
11 mart 1948 - Fransız aktrisası Dominik Sanda (Dominique Sanda) anadan olub.
11 mart 1950 - Amerika kinorejissoru, ssenarist, prodüser Cerri Tsuker (Jerry Zucker) anadan olub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: