19 mart

19 mart 1925 - Dövlət xadimi, yazıçı-publisist, maarifçi Nəriman Nərimanov vəfat edib...
Azərbaycan
19 mart 1919 - Xalq artisti, məşhur xanəndə Hacıbaba Hüseynəli oğlu Hüseynov (1919 - 24.10.1993) anadan olub. Uzun illər muğamatdan dərs deyib, xanəndələr yetişdirib. Çoxsaylı təsniflərin müəllifidir, istedadlı qəzəlxan kimi tanınıb.
19 mart 1920 - Aşıq, şair Oruc Vəli oğlu Əhmədov (1920-19.7.1976) anadan olub.
19 mart 1925 - Dövlət xadimi, yazıçı-publisist, maarifçi Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov (14.4.1870 - 1925) vəfat edib. Azərbaycanın sovetləşməsindən sonra respublika hökumətinin - Xalq Komissarları Şurasının sədrı olub. 1922-ci ildən mərkəzi hökumətdə (SSRİ MİK) işləyib və Moskvada müəmmalı şəkildə vəfat edib. "Nadanlıq", “Şamdan bəy”, "Nadir şah", “Bahadır və Sona” və s. əsərlərin müəllifidir.
19 mart 1926 – Tarix elmləri doktoru Şovkət Əzizağa qızı Tağıyeva anadan olub. Cənubi Azərbaycan və İran tarixinə dair tədqiqatların müəllifidir.
19 mart 1939 - Şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru Dəmir Gədəbəyli (Dəmir Müseyib oğlu Qasımov) anadan olub.
19 mart 1994 - Xalq artisti, bəstəkar, cazmen Rafiq Babayev (31.3.1936 - 1994) Bakı metrosunda (“20 Yanvar” stansiyası) baş verən terror hadisəsində həlak olub. "Cəngi" folklor-caz kollektivini yaradıb, “Anlamaq istəyirəm”, “Cin mikrorayonda” və s. filmlərə musiqi bəstələyib.
Dünya
19 mart 1895 – Görkəmli Ukrayna şairi Maksim Faddeyeviç Rılski (1895-1964) anadan olub.
19 mart 1926 - İtaliya kinorejissoru Valerio Zurlini (1926-1982) anadan olub.
19 mart 1947 - Amerika aktrisası, “Emmi”, “Qızıl qlobus” mükafatlarının laureatı Qlenn Klouz (Glenn Close) anadan olub. Filmləri: “Ölümcül meyl”, “Təhlükəli əlaqələr”, “Prezident təyyarəsi” və s.
19 mart 1949 - Rusiyanın Xalq artisti, məşhur estrada müğənnisi Valeri Leontyev anadan olub. Mənşəcə mansi (azsaylı Sibir xalqı) milliyətindəndir.
19 mart 1955 - Amerika kinoaktyoru Brüs Uillis (Walter Bruce Willis) anadan olub. Filmləri: “Kriminal qiraət”, “Beşinci element”, “Altıncı hiss” və s.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: