7 mart

7 mart 1926 - Azərbaycan xalq şeirinin görkəmli nümayəndəsi Aşıq Ələsgər vəfat edib...
Azərbaycan
7 mart 1908 - Xalq rəssamı Salam Əbdülqasım oğlu Salamzadə (1908-1997) anadan olub. Azərbaycan modernizminin nümayəndələrindən biridir. Əsərləri: “Toxuculuq fabriki”, “Fermada qadın” və s.
7 mart 1926 - Şərqşünas Böyükağa Murtuza oğlu Hüseynov (1926-31.5.1983) anadan olub.
7 mart 1926 - Azərbaycan xalq şeirinin görkəmli nümayəndəsi Aşıq Ələsgər (1821-1926) vəfat edib. Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində doğulub. Həyatın çox gərdişindən keçən, 1918-ci ildə qaçqınlıq taleyi yaşayan sənətkar ömrünün sonuna yaxın doğulduğu kənddə qayıdın və orada dünyasını dəyişib.
7 mart 1929 - Dilçi alim, professor Türkan Əşrəf qızı Əfəndiyeva anadan olub.
7 mart 1945 - Xalq artisti Xuraman Hacıyeva (1945-15.2.2005) anadan olub. "Arşın mal alan" (1965, Asya), “Lətifə” və s. filmlərdə çəkilib, filmlərin səsləndirilməsində iştirak edib. Gənc Tamaşaçılar, Naxçıvan Musiqili Dram teatrlarında işləyib.
Dünya
7 mart 1765 - Fransız alimi, fotoqrafiyanın ixtiraçısı sayılan Jozef Nisefor Nieps (Joseph Nicephore Niepce, 1765-1833) anadan olub.
7 mart 1785 - İtalyan yazıçısı Alessandro Manzoni (Alessandro Francesco Tommaso Manzoni; 1785-1873) anadan olub.
7 mart 1855 - Görkəmli fransız yazıçı-mütəfəkkiri, mesenat Rober de Monteskyu (Marie Joseph Robert Anatole de Montesquiou-Fezensac; 1855-1921) anadan olub.
7 mart 1875 - Fransız impressionist rəssamı, dirijor, XX əsr musiqisinin islahatçılarından biri Moris Ravel (Joseph Maurice Ravel, 1875-1937) anadan olub.
7 mart 1908 - İtalyan aktrisası, “Oskar” laureatı (1955) Anna Manyani (Anna Magnani 1908-1973) anadan olub.
7 mart 1910 - Gürcü kinorejissoru, SSRİ Xalq artisti Dmitri Aleksandroviç Aleksidze (1910-1984) anadan olub.
7 mart 1924 - Görkəmli yapon yazıçısı, dramaturq, ssenarist Kobe Abe (əsl adı Abe Kimifusa; 1924-1993) anadan olub. “Qumsallıqda qadın”, “Özgə sifət” və s. romanların müəllifidir.
7 mart 1928 — Rus yazıçısı Vladimir Alekseyeviç Çivilixin (1928-1984) anadan olub.
7 mart 1941 - Məşhur aktyor, Rusiyanın Xalq artisti Andrey Aleksandroviç Mironov (Menaker; 1941-16.8.1987) anadan olub. Filmləri: “Brillyant əl”, “12 stul”, “Avtomobildən qorun”, “İtalyanların Rusiyada ağlasığmaz macəraları” və s.
7 mart 1945 - Amerika fantast-yazıçısı Elizabet Mun (Elizabeth Moon) anadan olub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: