“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
08.03.2013, 10:48
1283

8 mart

A- A+

8 mart 1851 - Böyük türk maarifçisi, yazar, mütəfəkkir İsmayıl Qaspralı anadan olub...

Azərbaycan

 

8 mart 1338 - Filosof, şair, görkəmli mütəfəkkir Əvhədi Marağayi (Ruhnəddin; təx. 1274-1338) vəfat edib. Sufilik fəlsəfəsinə əsaslanan poetik əsərlərin, şeir və poemaların (ən məşhuru «Cəmşid piyaləsi») müəllifidir.

 

8 mart 1911 - Xalq artisti Ağadadaş Qurbanov (1911-25.6.1965) anadan olub. 1927-ci ildən Dövlət Gənc Tamaşaçılar Teatrında, 1952-ci ildən Milli Dram Teatrında çıxış edib. “Koroğlu" (Həsən xan), "Bir qalanın sirri" (Usta), "Bizim küçə" (Bəhram), "Telefonçu qız" (Zakirin atası), “Arşın mal alan” (1965, Soltan bəy) və s. filmlərdə çəkilib.

 

8 mart 1934 - Xalq artisti, tar ifaçışı Ceyran Haşımova anadan olub. “Lalə” qızlar ansamblını yaradıcısı və bədii rəhbəridir.

 

8 mart 1940 - Kinooperator Ramiz Əlirza oğlu Babayev (1940-11.1.1994) Bakının Əmircan qəsəbəsində doğulub. “Şərikli çörək”, “Qanlı zəmi”, “Doğma sahillər” və s. filmlərdə quraşdırılmış səhnələrin operatorudur.

 

8 mart 1947 - Şair, publisist Ağamalı Sadiq Əfəndi (Ağamalı Əhməd oğlu Əfəndiyev; 1947-24.12.1995) Qazax rayonunun Qaymaqlı kəndində doğulub. Kitabları: “Əyil səndən keçim, dünya”, “Vətən üçün yaşanmış əfəndi ömrü” və s.

 

8 mart 1947 - Şair, yazıçı Məmməd Oruc anadan olub. "Ailə səadəti", "Yadigar mahnı", "Leylək körfəzi", "Köçürülmə" kitablarının, "Təbriz almaları", "Oğulla görüş" və s. pyeslərin müəllifidir.

 

Dünya

 

8 mart Beynəlxalq Qadınlar Günüdür. Bu günün tarixi 1857-ci il martın 8-də Nyu-York toxucularının sosial tələblərlə keçirdikləri yürüşlə bağlıdır. 1910-cu ildə Kopenhagendə qadınların beynəlxalq konfransında yəhudi əsilli alman sosialisti Klara Setkinin təşəbbüsü ilə 8 martın Beynəlxalq Qadınlar Günü kimi qeyd edilməsi qərara alınıb. Kommunist təmayüllü bayram olsa da, dünyanın bir çox ölkələrində qeyd olunur. 
 

8 mart 1575 - Alman filosofu Yakob Böme (Jakob Böhme, 1575-1624) anadan olub. 
 

8 mart 1851 - Böyük türk maarifçisi, yazar, mütəfəkkir, ictimai xadim İsmayıl Qaspıralı (Qasprinski) (1851-24.9.1914) Krımın Qaspra şəhərində doğulub. Türk xalqlarının mədəniyyəti və maarifçiliyi tarixində böyük xidmətlər göstərib. "Tərcüman” qəzetinin naşiri olub.

 

8 mart 1874 - Norveç şairi, yazıçı-dramaturq Qabriel Skott (Gabriel Scott Jensen, 1874-1958) anadan olub.
 

8 mart 1900 — SSRİ Xalq artisti, kinorejissor, ssenarist Aleksandr İvanoviç Medvedkin (1900-1989) anadan olub.

 

8 mart 1922 - SSRİ Xalq artisti, aktyor və kinorejissor Yevgeni Semyonoviç Matveyev (1922-2003) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Ermənilərin yerlə-yeksan etdikləri Cəbrayılda tikdikləri “ibadətgah” işğalçılığın nümunəsi idi

26.03.2021, 14:00 18

Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək

19.03.2021, 13:00 72

Qarabağda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı keçirilib

30.01.2021, 19:00 351

Əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə – bizim dəmir yumruğumuzu bir daha görəcək

15.01.2021, 15:00 407

2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib

06.01.2021, 10:00 71

Zəfər gətirən ildən yeni zəfərlərə doğru

31.12.2020, 11:00 350

Cəbrayılın azad olunması uğrunda canından keçən igidlər

26.12.2020, 17:00 419

Azərbaycan bu məsələni özü həll etdi, halbuki Minsk qrupu 28 il mandata sahib idi

13.12.2020, 09:00 580

"Mən müstəqilliyi Azərbaycan xalqı üçün ən böyük nailiyyət hesab etmişəm"

12.12.2020, 12:00 1306

Vətən müharibəsinin möhtəşəm finalı

11.12.2020, 11:00 597

Alban-udi dini icmasının nümayəndələri Kəlbəcərdəki Xudavəng monastırını ziyarət ediblər

05.12.2020, 12:00 534

Müsəlmanlar, xristianlar, yəhudilər Vətən müharibəsi şəhidlərini yad ediblər

04.12.2020, 17:00 455

Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb

04.12.2020, 14:00 352

Cənubi Qafqaz təhlükəsizlik və əməkdaşlıq baxımından yeni mərhələyə qədəm qoyur

03.12.2020, 10:00 337

Yaşasın bizim çoxmillətli Azərbaycan xalqı!

01.12.2020, 17:00 126

Redaktorun seçimi