“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
18.06.2013, 00:05
1717

18 iyun

A- A+

18 iyun 1917 - Xalq artisti, bəstəkar Cövdət Hacıyev anadan olub...

Azərbaycan

 

18 iyun Azərbaycanda “İnsan hüquqları günü”dür. 1998-ci il iyunun  18-də Azərbaycan Respublikasında “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” qəbul olunub. Prezident İlham Əliyevin sərəncamı (18 iyun 2007-ci il) ilə Azərbaycanda “İnsan hüquqları günü” təsis olunub.

 

18 iyun 1917 - Xalq artisti, bəstəkar Cövdət Hacıyev (1917-1994) anadan olub. Azərbaycanda simfonik musiqinin yaradıcılarından biridir, xalq musiqisi elementlərinin yer aldığı altı simfoniya, orkestr və xor üçün əsərlər bəstələyib.

 

18 iyun 2001 - Prezident Heydər Əliyev "Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb. Fərmana əsasən, 2001-ci il avqustun 1-dən ölkədə Azərbaycan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifbaya keçib.

 

Dünya

 

18 iyun 1812 – Rus yazıçısı İvan Aleksandroviç Qonçarov (1812-1891) anadan olub. “Oblomov”, “Uçurum”, “Adi əhvalat” romanlarının müəllifidir.

 

18 iyun 1919 — SSRİ Xalq artisti, tanınmış aktyor Yuri Yarvet (1919-1995) anadan olub. “Ölü mövsüm”, “Kral Lir”, “Solyaris” və s. filmlərdə çəkilib.

 

18 iyun 1929 – Müasir dünya fəlsəfəsinin görkəmli nümayəndəsi, alman sosioloqu Yurgen Habermas (Jürgen Habermas) anadan olub.

 

18 iyun 1935 – SSRİ Xalq artisti, məşhur rus aktyoru Yuri Solomin anadan olub.  Filmləri: “Əlahəzrətin yavəri”, “SİTA bəyan etməyə müvəkkil olunmuşdur” və s.

 

18 iyun 1936 - Böyük rus yazıçısı və dramaturqu Maksim Qorki (Aleksey Maksimoviç Peşkov; 28.3.1868 - 1936) vəfat edib. Əsərləri: “Ana”, “Foma Qordeyev”, “Artamonovların işi”, “Klim Samqinin həyatı” romanları; “Uşaqlıq”, “Mənim universitetlərim” povestləri; “Meşşanlar”, “Həyatın dibində”, “Yeqor Bulıçev və başqaları”, “Vassa Jeleznova” pyesləri və s.

 

18 iyun 1942 - İngilis müğənnisi və bəstəkarı, əfsanəvi «Bitlz» qrupunun üzvü Pol Makkartni (James Paul McCartney) anadan olub.

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi