“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
03.06.2013, 10:52
1352

3 iyun

A- A+

3 iyun 1963 - Böyük türk şairi, yazıçı-dramaturq, ictimai xadim Nazim Hikmət vəfat edib...

Azərbaycan

 

3 iyun 1957 - Yazıçı, tərcüməçi Afaq Məsud Bakıda anadan olub. Xalq yazıçısı Əli Vəliyevin nəvəsi, yazıçı Məsud Əlioğlunun qızıdır. “İzdiham”, “Azadlıq”, “Dəfn”, “II İohann”, “Fatma” və s. romanların, “O məni sevir”, “Qatarın altına atılan qadın” və s. pyeslərin müəllifidir. Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə rəhbərlik edir. Q.Markesin "Patriarxın payızı", T.Vulfun “Dünyanın hörümçək toru” romanlarını dilimizə tərcümə edib.

 

3 iyun 1992 - Azərbaycan BMT-nin təhsil, elm, mədəniyyət təşkilatı olan UNESCO-ya üzv qəbul edilib. 1996-cı ildə UNESCO və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Ölkəmizin UNESCO ilə səmərəli əməkdaşlığının nəticəsi kimi Qobustan və İçərişəhər (Qız qalası və Şirvanşahlar sarayı) UNESCO-nun “Dünya mədəni irs” siyahısına, Azərbaycan muğamı, aşıq sənəti, milli xalçaçılıq sənətimiz, Novruz bayramı təşkilatın qeyri-maddi mədəni irs siyahısına  daxil edilib.

 

Dünya

 

3 iyun 1796 - Rus şairi, ədəbi tənqidçi Mixail Aleksandroviç Dmitriyev (1796-1866) anadan olub.

 

3 iyun 1906 - Rus kinorejissoru, SSRİ Xalq artisti Sergey Gerasimov (1906 - 1985) anadan olub. Filmləri: “Gənc qvardiya”, “Sakit Don” və s. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda dərs deyib, aktyor və rejissorların hazırlanmasına töhfə verib.

 

3 iyun 1875 - Fransız bəstəkarı Jorj Bize (Georges Bizet - Alexandre-Cesar-Leopold Bizet, 25.10.1838 - 1875) vəfat edib. Məşhur “Karmen” operasının müəllifidir.

 

3 iyun 1922 - Fransız kinorejissoru Alen Rene (Alain Resnais) anadan olub.

 

3 iyun 1924 - Alman yazıçısı (yəhudi əsilli) Frans Kafka (Franz Kafka; 3.7.1883, Praqa - 1924, Vyana) vəfat edib. Əsərləri: “Bir xanımın xülasəsi”, “İtaətçi ilə söhbət”, “Çevrilmə”, “Qəsr”, “Kənd həkimi”, “Qətl” və s.

 

3 iyun 1963 - Böyük türk şairi, yazıçı-dramaturq, ictimai xadim Nazim Hikmət (15.1.1902 - 1963) vəfat edib. Siyasi baxışlarına görə kommunist olan şair 1938-ci ildə Türkiyədə həbsə məhkum edilmişdi. 1951-ci ildə Türkiyə vətəndaşlığından məhrum olunduqdan sonra SSRİ-yə mühacirət edib. Moskvada dəfn olunub. Şairin "Məhəbbət əfsanəsi" pyesi əsasında bəstəkar Arif Məlikov eyniadlı balet yazıb. Əsərləri əsasında “Yaşamaq gözəldir, qardaşım”, “Bir məhəllədən iki nəfər” (“Azərbaycanfilm”), "Məhəbbətim mənim, kədərim mənim" (SSRİ-Türkiyə, rejissor Əjdər İbrahimov) filmləri çəkilib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi