“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
19.10.2013, 09:26
1649

19 oktyabr

A- A+

19 oktyabr 1972 - Məşhur opera müğənnisi, Xalq artisti Fatma Muxtarova vəfat edib...

Azərbaycan

 

19 oktyabr 1898 - Tanınmış ədəbiyyatşünas alim, professor, akademik Feyzulla Qasımzadə (1898 – 29.3.1976) anadan olub.

 

19 oktyabr 1972 - Məşhur opera müğənnisi, Azərbaycanın Xalq artisti, Gürcüstanın Əməkdar artisti Fatma Səttar qızı Muxtarova (26.3.1893-1972) vəfat edib. Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Uşaq yaşlarında ailəsi Rusiyaya köçüb. Rostovda, Peterburqda yaşayıblar. 1938-ci ildə Bakıya gəlib. Dövlət Opera və Balet Teatrının solisti olub.

 

Dünya

 

19 oktyabr 1433 - İtalyan mütəfəkkiri, erkən İntibahın görkəmli nümayəndəsi Marsilio Fiçino (Marsilius Ficinus - Marsilio Ficino, 1433-1499) anadan olub.

 

19 oktyabr 1862 - Dünya kinosunun baniləri sayılan fransız Lümyer qardaşlarından Ogüst Mari Nikola Lümyer (Auguste Louis Marie Nicholas Lumiere; 1862-1954) anadan olub.

 

19 oktyabr 1899 - Qvatemala yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1967) laureatı Migel Anxel Asturias (Miguel Angel Asturias, 1899-1974) anadan olub. Əsərləri: “Senyor Prezident”, “Dəfn olunmuşların başçısı” və s.

 

19 oktyabr 1918 - Rus şairi, dramaturq, ssenarist Aleksandr Qaliç (Ginzburq) (1918-1977) anadan olub.

 

19 oktyabr 1931 - İngilis detektiv yazıçısı Con le Karre (John le Carre - David John Moore Cornwell) anadan olub.

 

19 oktyabr 1952 - Meksika aktrisası Veronika Kastro (Veronica Castro) anadan olub. “Varlılar da ağlayırlar” serialı ilə məşhurlaşıb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi