“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.10.2013, 10:24
1198

24 oktyabr

A- A+

24 oktyabr 1882 - Görkəmli şair, dramaturq Hüseyn Cavid Naxçıvanda anadan olub...

Azərbaycan

 

24 oktyabr 1882 - Görkəmli şair, dramaturq Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə; 1882 - 5.12.1941) Naxçıvanda anadan olub. Azərbaycan ədəbiyyatında ilk mənzum dramların, tarixi-fəlsəfi pyeslərin ("İblis", "Topal Teymur", "Şeyx Sənan", “Xəyyam” və s.) müəllifidir. 1938-ci ildə repressiya olunub, 1941-ci ildə Sibirdə sürgündə vəfat edib. 1982-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Cavidin nəşi Vətənə gətirilərək Naxçıvanda dəfn olunub.

 

24 oktyabr 1910 - Etnoqraf  Məmməd Nəsir oğlu Nəsirli (1911-1979) anadan olub.

 

24 oktyabr 1929 - Ədəbiyyatşünas alim, professor Şəmistan Abdu oğlu Mikayılov Borçalı mahalının (Gürcüstanın Bolnisi rayonu) Faxralı kəndində doğulub. Ədəbiyyat dərsliklərin, bir çox tədqiqat əsərlərinin müəllifidir.

 

24 oktyabr 1949 – Bəstəkar Firəngiz Seyfəl Qizi Babayeva anadan olub. Piano üçün pyeslər, prelüdlər, mahnıların müəllifidir. 

 

24 oktyabr 1993 - Görkəmli muğam ustası, qəzəlxan-şair, Xalq artisti Hacıbaba Hüseynəli oğlu Hüseynov (19.3.1919 - 1993) vəfat edib. Uzun illər A.Zeynallı adına Musiqi Məktəbində muğamatdan dərs deyib, xanəndələr yetişdirib.

 

24 oktyabr 2002 - Bakıda Hüseyn Cavidin ev-muzeyi açılıb.

 

Dünya

 

24 oktyabr 1804 - Alman fiziki, teleqrafın ixtiraçısı Vilhelm Veber (Wilhelm Eduard Weber, 1804-1891) anadan olub.

 

24 oktyabr 1882 - Macar bəstəkarı İmre Kalman (Imre Kalman, 1882-1953) anadan olub. “Silva”, “Sirk şahzadəsi”, “Monmartrın bənövşəsi” operettalarının müəllifidir.

 

24 oktyabr 1911 - Məşhur rus aktyoru, rejissoru, SSRİ-nin Xalq artisti Arkadi İssakoviç Raykin (1911-1987) anadan olub. Miniatür estrada teatrının yaradıcısıdır. Filmləri: “Biz sizinlə haradasa görüşmüşük”, “İnsanlar və manekenlər”, “Dünən, bu gün və həmişə”.

 

24 oktyabr 1921 - Rus şairi, publisist, tərçüməçi Lev Vladimiroviç Ginzburq (1921-1980) anadan olub.

 

24 oktyabr 1945 - Rus aktyoru Andrey Leonidoviç Martınov anadan olub. “Burada üfüqlər sakitdir“ filmi (starşina F.Vaskov) ilə məşhurlaşıb. Azərbaycanda Vaqif Mustafayevin “Qara hədəf” filmində (A.Yakovlev) çəkilib.

 

24 oktyabr 1945 - Birləşmiş Millətlər Təşkilatının yarandığı gündür.

 

24 oktyabr 1947 — Amerika aktyoru Kevin Klayn anadan olub. Filmləri: “Fransız öpüşü”, “Vanda adlı balıq” (“Oskar”, 1988), “Çaplin” və s. 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi