18 oktyabr
18 oktyabr 1949 - Tanınmış rejissor, aktyor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu Bakının Mərdəkan qəsəbəsində doğulub...
Azərbaycan
18 oktyabr 1948 – Tanınmış alim, akademik Mahmud Kərimov anadan olub. Radiasiya təhlükəsizliyi, radioekologiya sahəsində fundamental elmi tədqiqat işlərinin müəllifidir. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilib.
18 oktyabr 1949 - Tanınmış rejissor, aktyor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu (Həsənov; 1949 – 12.5.2011) Bakının Mərdəkan qəsəbəsində doğulub. 1982-1989-cu illərdə Musiqili Komediya Teatrında baş rejissor işləyib, Milli Dram Teatrında, habelə Türkiyədə, Estoniyada tamaşalar hazırlayıb. 1989-cu ildə «Yuğ» Teatrını yaradıb və ömrünün sonunadək ona rəhbərlik edib. Bir sıra filmlərdə çəkilib: “Dantenin yubileyi”, “Qəm pəncərəsi”, “Otel otağı”, “Sahə” və s.
18 oktyabr 1991 – Azərbaycanın dövlət müstəqilliyinin bərpa etdiyi gündür. Həmin gün Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul edib. Konstitusiya Aktı Azərbaycanın müstəqilliyini bərpa etməsi barədə parlamentin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinin davamı olaraq qəbul olunub. 6 fəsil, 32 maddədən ibarət sənədin preambulasında 1918-1920-ci illər Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanın Rusiya tərəfindən ilhaq edildiyi qeyd olunur, Konstitusiya Aktının Azərbaycan Milli Şurasının 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə əsaslandığı vurğulanırdı.
Dünya
18 oktyabr 1859 - Fransız filosofu, ədəbiyyat üzrə Nobel mükafatı (1927) laureatı Anri Berqson (Henri-Louis Bergson, 1859-1941) anadan olub. Əsərləri: “Yaradıcılıq təkamülü”, “Materiys və yaddaş” .
18 oktyabr 1894 - Rus yazıçısı, dramaturq və ədəbiyyatşünas Yuri Tınyanov (1894-1943) anadan olub. Romanları: “Kyuxlya”, “Vəzir-Muxtarın ölümü”, “Puşkin” və s.
18 oktyabr 1925 - Məşhur yunan aktrisası Melina Merkuri (Melina Mercouri, 1925-1994) anadan olub.
18 oktyabr 1926 - Amerika müğənnisi və bəstəkarı, rok-n-rollun ilk ifaçılarından biri Çak Berri (Edward Anderson Berry) anadan olub.
18 oktyabr 1926 - Amerika aktyoru Corc Skott (George Campbell Scott, 1926-1999) anadan olub. Filmləri: “Patton” (“Oskar” mükafatı), “12 qəzəblənmiş kişi” və s.
18 oktyabr 1934 - Rus fantast-yazıçısı Kir Bulıçev (əsl adı İqor Mojeyko; 1934-2003) anadan olub. Əsərləri: “Böyük Quslyar”, “Xronos çayı” serialları, “Agent KF”, “Gürzə” əməliyyatı romanları və s.
18 oktyabr 1960 - Belçika əsilli Amerika aktyoru, kinorejissor Jan Klod van Damm (Jean-Claude Van Damme) anadan olub. Filmləri: “Qanlı idman”, “İkiqat zərbə”, “Universal əsgər”, “Çətin hədəf” və ş.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: