“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
25.10.2013, 10:28
1063

25 oktyabr

A- A+

25 oktyabr 1921 – Görkəmli aktrisa, Xalq artisti Nəcibə Məlikova anadan olub...

Azərbaycan

 

25 oktyabr 1907 - Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Mirzəağa Yüzbaşı oğlu Quluzadə (1907 - ? ) аnаdаn оlub.

 

25 oktyabr 1911- Biblioqraf, ədəbiyyatşünas, pedaqoq Əliheydər Bala oğlu Qəhrəmanov (1911-1959) anadan olub.

 

25 oktyabr 1912 - Xalq rəssamı, ilk azərbaycanlı qadın teatr rəssamlarından biri Bədurə Məlik qızı Əfqanlı (Ağamalova; 1912 - 7.5.2002) anadan olub. "Azərbaycanfilm"də geyim üzrə quruluşçu rəssam ("Məhəbbət dastanı", "Dəli Kür", "Dədə Qorqud" və s. filmlər) işləyib.

 

25 oktyabr 1912 - Bakıda (Tağıyev teatrında) Üzeyir Hacıbəylinin «Arşın mal alan» operettasının ilk tamaşası olub.

 

25 oktyabr 1921 – Görkəmli aktrisa, Xalq artisti Nəcibə Haşım qızı Məlikova (1921 - 27.7.1992) anadan olub. Müxtəlif teatrlarda çalışıb. "Ögey ana" (1959, Dilarə), "Aygün" (1961, Aygün), "Əhməd haradadır?" (1964, Nərgiz xala), "Arşın mal alan" (1965, Cahan xala) filmlərində yaddaqalan obrazlar yaradıb. 

 

25 oktyabr 1923 - Bakı Rus "Tənqid-təbliğ" Teatrı yenidən təşkil olunaraq Bakı İşçi Teatrı adlandırılıb. Sonradan bu sənət ocağı S.Vurğun adına Bakı Rus Dram Teatrı adlandı.

 

25 oktyabr 1925 – Yazıçı, tarixçi və şərqşünas alim Əbdül Ənbiyə oğlu Hüseynov (1925-2017) Bakının Əmircan kəndində doğulub. Aşqabad Universitetini bitirib, Türkmənistanda mədəniyyət nazirinin müavini olub. 1960-cı ildən Moskvada yaşayır. ”Mustafaxanın xəzinəsi”, ”İslam dünyasının cəngavəri”, ”Taxta çıxan əkinçi”, ”Cənuba yürüş”, ”Bəhrəmgurun məhəbbəti və kədəri”, ”Üsyankar Xaqani” və s. tarixi romanların müəllifidir.

 

25 oktyabr 1930 - Xalq rəssamı, qrafik Elmira Həbibulla qızı Şaxtaxtinskaya (1930 - 15.10.1996) anadan olub.

 

25 oktyabr 1935 – Qəzəlxan şair Hacı Mail (Mail İsmayıl oğlu Əliyev; 1935 - 22.8.1999) anadan olub.

 

25 oktyabr 1954 - Görkəmli aktyor, SSRİ Xalq artisti Mirzəağa Əli oğlu Əliyev (1883, Bakı, Hövsan – 25.10.1954) vəfat edib. “Nicat" cəmiyyətinin teatr truppasında çıxış edib, Bakı Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olub, 1924-cü ildən Dövlət Dram Teatrında çalışıb. “Bismillah", "Hacı Qara", "Almaz", "Bakının ışıqları" və s. filmlərdə çəkilib.

 

25 oktyabr 1960 – Əməkdar artist Sənubər Sabir qızı İsgəndərli Bakıda doğulub. Dövlət Gənclər Teatrında çalışıb, 1997-ci ildən Akademik Milli Dram Teatrının aktrisasıdır. “Kişi sözü" (Solmaz), "Şahid qız" (Rəna), "Fəryad" (Ana) və s. filmlərdə çəkilib.

 

25 oktyabr 2008 - Dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayev (17.8.1942 - 2008) vəfat edib. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. “Nizami” filmində (rejissor Eldar Quliyev) baş rola çəkilib. Azərbaycanın “Şöhrət”, “İstiqlal” ordenləri ilə təltif edilib. Bakıda, Fəxri xiyabanda dəfn olunub.

 

Dünya

 

25 oktyabr 1825 - Avstriya bəstəkarı İohann (oğul) Ştraus (1825-1899) anadan olub.

 

25 oktyabr 1838 - Görkəmli fransız bəstəkarı Jorj Bize (Alexandre-Cesar-Leopold Bizet, 1838-3.6.1875) anadan olub. Operaları: “Karmen”, “Camile”, “Mərcan axtaranlar” və s.

 

25 oktyabr 1864 - Qırğız milli ədəbiyyatının banilərindən biri, şair Toktoqul Satılqanov (1864-1933) anadan olub.

 

25 oktyabr 1881 - Dünya şöhrətli ispan rəssamı, heykəltəraş Pablo Pikasso (Pablo Ruiz Picasso; 1881 - 8.4.1973) anadan olub. Kubizm cərəyanının banilərindən biridir. Məşhur əsərləri: "Avinyonlu qızlar", "Şar üzərində qızcığaz", "Gernika".

 

25 oktyabr 1889 - Fransız kinosunun banilərindən biri, rejissor Abel Qans (Abel Gance, 1889-1981) anadan olub.

 

25 oktyabr 1924 - Türkçülüyün əsas ideoloqlarından biri, şair və publicist Mehmet Ziya Göyalp (1876-1924) vəfat edib.

 

25 oktyabr 1926 - Rus opera müğənnisi, SSRİ-nin Xalq artisti, məşhur bakılı musiqiçi Mstislav Rostropoviçin həyat yoldaşı Qalina Vişnevskaya anadan olub.

 

25 oktyabr 1931 - Fransız kinoaktrisası Anni Jirardo (Annie Girardot) anadan olub. Filmlıəri: “Rokki və onun qardaşları”, “Yaşamaq üçün yaşamaq” və s.

 

25 oktyabr 1938 – Rusiyanın Xalq artisti, məşhur aktrisa Tamara Petrovna Syomina anadan olub. Filmləri: “Dirilmə” (Katerina Maslova), “Qızıl buzov”, “Əbədi çağırış”.

 

25 oktyabr 1950 - Britaniyalı müğənni və bəstəkar Kris Norman (Christopher Ward Norman) anadan olub. 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi