“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
20.10.2013, 09:28
1664

20 oktyabr

A- A+

20 oktyabr 1922 - Xalq artisti, görkəmli müğənni Şövkət Ələkbərova anadan olub...

Azərbaycan

 

20 oktyabr 1141 - Dahi Azərbaycan şairi, böyük mütəfəkkir Nizami Gəncəvinin (İlyas Yusif oğlu Nizami, 1141-1209) doğum günü hesab olunur (dəqiq təvəllüd tarixi məlum deyil). Gəncədə doğulan və burada yaşayıb-yaradan Nizaminin «Xəmsə»si ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə" poemaları) dünya ədəbiyyatı xəzinəsində ən möhtəşəm yerlərdən birini tutur.

 

20 oktyabr 1910 - İlk azərbaycanlı qadın teatr rəssamlarından biri İzzət Əli qızı Seyidova (20.10.1910 - 30.11.1973) anadan olub. Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxuyub, 1938-ci ildən Opera və Balet Teatrında fəaliyyət göstərib.

 

20 oktyabr 1913 - Tanınmış şair Əhməd Cəmil (Əhməd Səttar oğlu Cəmilzadə, 1913-27.9.1977) İrəvan şəhərində anadan olub. Bir çox ədəbi nəşrlərə rəhbərlik edib. Rus, Ukrayna, gürcü, belorus, özbək şairlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.

 

20 oktyabr 1917 - Xalq artisti, opera müğənnisi İdris Fərhad oğlu Ağalarov (1917- 4.5.1975) аnаdаn оlub.

 

20 oktyabr 1922 - Xalq artisti, görkəmli müğənni Şövkət Feyzulla qızı Ələkbərova (1922 - 7.2.1993) anadan olub. Məlahətli səsi ilə Azərbaycan musiqisini dünyanın bir sıra ölkələrində tanıdıb. Bülbül adına orta ixtisas musiqi məktəbində dərs deyib.

 

20 oktyabr 1922 - Azərbaycan SSR hökuməti (Mərkəzi İcraiyyə Komitəsi) latın əlifbasının ərəb əlifbası ilə bərabər hüquqa malik olması haqqında dekret verib. Bir il sonra, 1923-cü il oktyabrın 20-də Azərbaycan MİK "Yeni Azərbaycan əlifbasının dövlət əlifbası kimi tanınması haqqında" dekret qəbul etdi. Latın qrafikalı Azərbaycan əlifbası 1929-cu ildən tam tətbiq olunmağa başladı və 1939-cu ilədək qüvvədə oldu.

 

20 oktyabr 1929 - Bakıda Ümumazərbaycan yazıçılarının ikinci qurultayı keçirilib. Ayrı-ayrı ədəbi birləşmələrdə fəaliyyət göstərir respublika yazıçıların ilk qurultayı 1928-ci ildə (13 yanvar) olmuşdu. ÜİK(b)P MK-nın ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında 1932-ci il 23 aprel tarixli qərarından sonra Azərbaycan Yazıçılar Cəmiyyətinin yenidən qurulması haqqında təşkilatı tədbirlər görüldü və 1934-cü ildə (13 iyun) Azərbaycan Yazıçılar İttifaqı yaradıldı.

 

20 oktyabr 1940 - İctimai-siyasi xadim, publisist, dramaturq, filologiya elmləri doktoru  Həsən Həsənov Tiflisdə doğulub. Azərbaycan KP MK-nın katibi (1981-1990), respublikanın baş naziri (1990-1992), BMT-də ilk daimi nümayəndəsi (1992-1993), xarici işlər naziri (1993-1998) olub. 2004-cü ildən yenidən diplomatik fəaliyyətdədir. M.F.Axundovun həyatından bəhs edən. "Brüsseldən məktublar" pyesinin, nəsr əsərlərinin, Nəriman Nərimanov haqqında monoqrafiyanın müəllifidir. 

 

20 oktyabr 1981 - Mingəçevirdə Azərbaycan iqtisadiyyatının ən böyük müəssisələrindən biri, ölkə energetikasının flaqmanı “Azərbaycan» İES istifadəyə verilib. İnşası 1974-cü ildə başlanan elektrik stansiyası Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün ən möhtəşəm tikintisidir. Qafqazda ən böyük istilik elektrik stansiyasıdır, Azərbaycanın enerji tələbatının təxminən yarısını (2400 Mvt) təmin edir. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 2004-cü ildən 20 oktyabr Azərbaycanda energetiklərin peşə bayramı günü kimi qeyd olunur.

 

Dünya

 

20 oktyabr 1854 - Fransız şairi, poeziyada simvolizmin banilərindən biri Artur Rembo (Jean Nicolas Arthur Rimbaud, 1854-1891) anadan olub.

 

20 oktyabr 1905 - Amerikalı yazıçı, məşhur detektiv əsərlər müəllifi Frederik Danney (Frederick Dannay - Daniel Nathan, 1905-1982) anadan olub.

 

20 oktyabr 1917 - Fransız kinorejissoru Jan-Pyer Melvil (Jean-Pierre Melville – Grumbach; 1917-1973) anadan olub. Filmləri: “Samuray”, “Kölgələr ordusu”, “Qırmızı dairə” və s.

 

20 oktyabr 1919 - Məşhur başqırd şairi Mustay (Mustafa) Kərim (1919-2005) anadan olub.

 

20 oktyabr 1927 — SSRİ Xalq artisti, rus aktyoru və rejissoru İqor Oleqoviç Qorbaçov (1927-2003) anadan olub. Filmləri: “Trest” əməliyyatı”, “Odun ram edilməsi” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi