“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
16.10.2013, 09:11
1651

16 oktyabr

A- A+

16 oktyabr 1888 - Amerika dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Yudjin O’Nil anadan olub...

Azərbaycan

 

16 oktyabr 1855 - Görkəmli hərbi xadim, artilleriya general-leytenantı Səməd bəy Mehmandarov (1855 - 12.2.1931) Lənkəranda anadan olub. Çar Rusiyası ordusunda diviziya komandiri olub, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri işləyib. Sovetləşmədən sonra Bakıda hərbi komandirlər məktəbində dərs deyib.

 

16 oktyabr 1923 - Xalq yazıçısı, ədəbiyyatşünas, filologiya elmləri doktoru Gülhüseyn Hüseynoğlu (Gülhüseyn Hüseyn oğlu Abdullayev; 1923 - 8.7.2013) Masallı rayonunun Mollaoba kəndində doğulub. Azərbaycan ədəbiyyatında mənsur şeirin dəyərli nümunələrini yaradıb. BDU-nun müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru olub.

 

16 oktyabr 1926 - Bəstəkar, pedaqoq, Xalq artisti, professor Ramiz Mustafayev (1926 - 10.4.2008) anadan olub. “Vaqif, “Polad”, “Xan və əkinçi” operalarının, operettaların, simfoniyaların və s. müəllifidir.

 

16 oktyabr 1935 - Yazıçı və kinodramaturq Əli Hüseyn oğlu Qafarov (1935-1979) anadan olub. “Azərbaycanfilm”də çəkilmiş bir neçə bədii (“Qızıl qaz”, “Çarvadarların izi ilə”) və sənədli (“Mahnıya həsr olunmuş həyat”, “Sevinc sarayı”, “Dirçəldilmiş torpaq”, “Odla təmasda”, “Xəzər Atlantidası”) filmlərin ssenari müəllifidir.

 

16 oktyabr 1946 - Kinooperator Köçəri Məmmədov (1946-2008) Gədəbəy rayonunda doğulub. Azərbaycanın yeni tarixini əks etdirən sənədli və xronikal filmlərin operatoru olub.

 

16 oktyabr 1949 - Akademik, ədəbiyyatşünas alim İsa Əkbər oğlu Həbibbəyli Naxçıvan MR Şərur rayonunun Danyeri kəndində anadan olub. Naxçıvan Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatıdır.

 

Dünya

 

16 oktyabr 1854 - Görkəmli irland şairi və dramaturqu Oskar Uayld (Oscar Fingal O'Flahertie Wills Wilde, 1854-1900) anadan olub. “Diriana Qreyin portreti” romanı, “İdeal ər”, “Diqqətə layiq olmayan qadın” və s. pyeslərin müəllifidir.

 

16 oktyabr 1888 - Amerika dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1936) laureatı Yudjin O’Nil (Eugene Gladstone O'Neill, 1888-1953) anadan olub. “Üfüqün arxasında”, “Buz paylayan gələcək”, “Qarağaclar altında məhəbbət” və s. pyeslərin müəllifidir.

 

16 oktyabr 1927 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1999) Günter Qrass (Günter Wilhelm Grass; 1927 - 13.4.2015) anadan olub. Əsərləri: "Tənəkə təbili", "Pişik və siçan”, “İt illəri”, “İblisin gündəliyindən”.

 

16 oktyabr 1948 - Hind aktrisası, rejissor Hema Malini anadan olub. Çəkildiyi məşhur filmlər: “Zita və Gita”, “Qisas və qanun”, “Əlibaba və qırx quldurun macəraları”, “Cəngəlliklər kralı” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi