“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
23.10.2013, 10:21
1688

23 oktyabr

A- A+

23 oktyabr 1940 - Azərbaycan Rəssamlar İttifaqının birinci (təsis) qurultayı açılıb...

Azərbaycan

 

23-25 oktyabr 1940 - Azərbaycan Rəssamlar İttifaqının birinci (təsis) qurultayı keçirilib.

 

23 oktyabr 1944 - Xalq artisti, tanınmış aktrisa Lyudmila Semyonovna Duxovnaya anadan olub. 1963-cü ildən S.Vurğun adına Dövlət Rus Dram Teatrında çıxış edir.
 

Dünya

 

23 oktyabr 1817 - Fransız ensiklopediyaçısı, XIX əsrin ən böyük (17 cild) ensiklopedik lüğətinin tərtibçisi Pyer Larus (Pierre Athanase Larousse, 1817-1875) anadan olub.
 

23 oktyabr 1844 - Alman rəssamı Vilhelm Leybl (Wilhelm Maria Hubertus Leibl, 1844-1900) anadan olub.

 

23 oktyabr 1904 - Rus rəssamı və filosofu Svyatoslav Nikolayeviç Rerix (1904-1993) anadan olub.
 

23 oktyabr 1920 - İtalyan uşaq yazıçısı Canni Rodari (Gianni Rodari, 1920-1980) anadan olub. “Çippolinonun sərgüzəştləri” əsəri ilə məşhurlaşıb.

 

23 oktyabr 1932 - Rus yazıçısı Vasili İvanoviç Belov anadan olub. Əsərləri: “Ərəfələr”, “Böyük dönüş ili”, “Hər şey irəlidədir” və s.

 

23 oktyabr 1942 - Amerikalı fantast-yazıçı Maykl Krayton (John Michael Crichton, 1942-2008) anadan olub. “Yura dövrünün parkı” əsəri əssasında eyniadlı məşhur film (Stiven Spilberq) çəkilib. 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi