“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.10.2013, 09:40
1949

10 oktyabr

A- A+

10 oktyabr 1939 - İlk azərbaycanlı qadın-ərəbşünas, filologiya elmləri doktoru, professor Aidə İmanquliyeva anadan olub...

Azərbaycan

 

10 oktyabr 1911 - Görkəmli ədəbiyyatşünas alim, tərcüməçi, mətnşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Abbas Fəttah oğlu Zamanov (1911 - 1.4.1993) Naxçıvanın Şərur rayonunda anadan olub.

 

10 oktyabr 1935 - Əməkdar incəsənət xadimi, şair Həmid Abbas (Həmid Məmmədəli oğlu Abbasov; 1935 - 19.11.1999) anadan olub.

 

10 oktyabr 1935 - Şair, dramaturq Şəkər Aslan (Şəkər Mirzə oğlu Aslanov; 1935 - 13.7.1995) Lənkəran rayonunda anadan olub.

 

10 oktyabr 1939 - Görkəmli şərqşünas alim,  filologiya elmləri doktoru adını almış  ilk azərbaycanlı qadın-ərəbşünas, professor Aidə Nəsir qızı İmanquliyeva (1939 - 19.9.1992) anadan olub. Yeni dövr ərəb ədəbiyyatına dair tədqiqatların, "Qələmlər birliyi", "Cubran Xəlil Cubran", "Yeni ərəb ədəbiyyatının korifeyləri" monoqrafiyalarının müəllifidir. 1991-1992-ci illərdə Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru olub.

 

Dünya

 

10 oktyabr 1684 - Fransız impressionist rəssamı Jan Antuan Vatto (Jean Antoine Watteau, 1684-1721) anadan olub.

 

10 oktyabr 1813 - Görkəmli İtaliya bəstəkarı Cüzeppe Verdi (Giuseppe Fortunino Francesco Verdi, 1813-27.01. 1901) anadan olub. Bəstəkarın “Riqoletto”, «Traviata», «Aida» operaları dünya musiqi xəzinəsinə daxildir.

 

10 oktyabr 1834 - Finlandiya yazıçı-dramaturqu, müasir fin ədəbi dilinin banisi Aleksis Kivi (Stenval) (1834-1872) anadan olub.

 

10 oktyabr 1892 – Serb-xorvat yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1961) laureatı İvo Andriç (1892-1975) anadan olub. Romanları: “Drin üzərində körpü”, “Travnisk xronikası” və s.

 

10 oktyabr 1909 - Rus aktyoru, SSRİ-nin Xalq artisti Bruno Freyndlix (1909-2002) anadan olub. Filmləri: “Kortik”, “Sakit mövsüm”.

 

10 oktyabr 1913 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1985) laureatı Klod Simon (Claude Simon, 1913-2005) anadan olub. Əsərləri: “Farsal döyüşü”, “Flandriya yolları”, “Qadınlar”.

 

10 oktyabr 1930 - İngilis dramaturqu, ssenarist, şair, ədəbiyyat üzrə Nobel mükafatı (2005) laureatı Harold Pinter (Harold Pinter; 1930-2008) doğum günüdür. Pyesləri: “Məşuq”, “Evə qayıdış”, “İtirilmiş zamanın axtarışında”.

 

10 oktyabr 1930 - Məşhur gürcü opera müğənnisi, SSRİ-nin Xalq artisti Medeya Amiranaşvili anadan olub.

 

10 oktyabr 1963 - Türkiyə aktrisası, müğənni, teleaparıcı Hülya Avşar anadan olub. Filmləri: “Berlin in Berlin”, “Fatmagülün suçu nə?”, “Salxım xanımın dənələri” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi