“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
14.10.2013, 09:03
1323

14 oktyabr

A- A+

14 oktyabr 1933 - Xalq şairi Məmməd Araz Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Nursu kəndində doğulub.

Azərbaycan

 

14 oktyabr 1875 - Tanınmış maarif xadimi, nasir, mühərrir Əlisgəndər Hacıbaba oğlu Cəfərzadə (1875-1941) anadan olub.

 

14 oktyabr 1892 - Heykəltəraş, Əməkdar incəsənət xadimi Həyat Həmdulla qızı Abdullayeva (1912-2007) Dərbənd şəhərində anadan olub.

 

14 oktyabr 1962 - Xalq artisti, aktyor Əli Mirzə oğlu Qurbanov (20.6.1898, Tiflis - 1962) vəfat edib. Səhnə fəaliyyətinə Tiflis Azərbaycan Dram Teatrında başlayıb, 1925-ci ildən Bakıda Akademik Dram Teatrında çalışıb. "Bəxtiyar" (Qurban), "Qızmar günəş altında" (Əli dayı), "Qara daşlar" (usta Ramazan), "Bir qalanın sirri" (Kamran baba) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

14 oktyabr 1933 - Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov; 1933 – 2.12.2004) Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Nursu kəndində doğulub. Vətənpərvərlik, milli ruha sayğı şairin əsərlərinin aparıcı mövzusudur. Bir sıra rus şairlərinin əsərlərini dilimizə tərcümə edib.

 

Dünya

 

14 oktyabr 1585 - Alman bəstəkarı, dirijor və pedaqoq Henrix Şüts (Heinrich Schütz, 1585-1672) anadan olub.

 

14 oktyabr 1864 - Polyak yazıçısı Stefan Jeromski (Stefan Zeromski, 1864-1925) anadan olub. “Kül”, “Həyatın bəzəyi”, “Dənizdən külək”, “Günahın tarixi” romanları, “Qızılgül” pyesi və s. əsərlərin müəllifidir.

 

14 oktyabr 1896 - Amerika kinoaktrisası, “Oskar” laureatı Lilian Qiş (Lillian Diana Gish, 1896- 1993) anadan olub. Filmləri: “Toy”, “Komediyaçılar”.

 

14 oktyabr 1925 - Rus kinorejissoru Vladimir Fetin (1925-1981) anadan olub. Filmləri: “Zolaqlıların səfəri”, “Lyubov Yarovaya”, “Tayqa povesti”.

 

14 oktyabr 1927 - Məşhur ingilis aktyoru Rocer Mur (Roger George Moore) anadan olub. “Agent 007” silsilə filmlərində Ceyms Bond rolunun ifaçısı (1973-1985) kimi məşhurlaşıb: “Yaşa və ölməyə imkan ver”, “Qızıl tapançalı adam”, “Səkkizayaq” və s.

 

14 oktyabr 1946 - Rus kinorejissoru, aktyor, ssenarist Pavel Çuxray anadan olub. Filmləri: “Oğru”, “Açar”, “Zina-Zinulya” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi