“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.10.2013, 09:30
1510

21 oktyabr

A- A+

21 oktyabr 1932 - Xalq şairi, ədəbiyyatşünas, ictimai xadim Xəlil Rza Ulutürk anadan olub...

Azərbaycan

 

21 oktyabr 1932 - Xalq şairi, ədəbiyyatşünas, ictimai xadim Xəlil Rza Ulutürk (Xəlil Rza oğlu Xəlilov; 1932 - 22.6.1994) Salyan rayonunun Pirəbbə kəndində anadan olub. 1988-ci ildə başlanan milli-azadlıq hərəkatının aparıcı simalarından olub, 1990-cı ilin 20 Yanvar qırğınından sonra SSRİ DTK tərəfindən həbs edilib, Moskvadakı Lefortovo həbsxanasında 9 ay həbsdə saxlanılıb. 1995-ci ildə (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif olunub. Kitabları: “Hara gedir bu dünya”, “Məndən başlanır vətənim”, “Davam edir 37”, “Türkün dünyası”, “Məqsud Şeyxzadənin bədii yaradıcılığı” və s.

 

21 oktyabr 1932 - Azərbaycan saz-söz sənətinin görkəmli nümayəndəsi Aşıq Kamandar (Əfəndiyev Kamandar Həmid oğlu, 1932 - 25.10.2000) Gürcüstanın Borçalı mahalında (Marneuli rayonu) Kürüstü Kəpənəkçi kəndində anadan olub. 
 

21 oktyabr 1935 - Ədəbiyyatşünas alim, professor Fəridə Ağaəli qızı Vəlixanova anadan olub. Azərbaycanda tərcüməşünaslıq elminin ilk tədqiqatçısıdır.

 

Dünya

 

21 oktyabr 1772 - İngilis şairi və filosofu Semyuel Kolric (Samuel Taylor Coleridge, 1772-1834) anadan olub.
 

21 oktyabr 1790 - Fransız romantik şairi Alfons de Lamartin (1790-1869) anadan olub.
 

21 oktyabr 1833 - Dünya şöhrətli isveçli mühəndis, ixtiraçı, Nobel mükafatlarının təsisçisi Alfred Nobel (Alfred Bernhard Nobel, 1833-1896) Stokholmda doğulub.

21 oktyabr 1896 - Rus dramaturqu, kinossenarist Yevgeni Lvoviç Şvars (1896-1958) anadan olub. “Zoluşka”, “Don Kixot” və s. filmlərin ssenari müəllifidir.

 

21 oktyabr 1928 –Tatar əsilli Rusiya aktyoru Radner Zinyatoviç Muratov (1928-2004) anadan olub. Filmlri: “Uğur centlmenləri” (Vasili Ali-Babayeviç), “Qalxan və qılınc”, “Qızıl buzov” və s.

 

21 oktyabr 1929 - Amerikalı fantast yazıçı Ursula Kreber Le Quin (Ursula Kroeber Le Guin) anadan olub.
 

21 oktyabr 1945 - Məşhur rus kinorejissoru və aktyoru Nikita Mixalkov anadan olub. Çəkdiyi filmlər: “Qara gözlər”, “Günəşdən yorulmuşlar” ( “Oskar” mükafatı, 1994), “Urqa – məhəbbət ərazisi”, “Sibir bərbəri”. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi