“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.11.2013, 09:36
1466

4 noyabr

A- A+

4 noyabr 1946 - BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı - UNESCO fəaliyyətə başlayıb...

Azərbaycan

 

4 noyabr 1954 – Aktyor, rejissor Fərman Abdulcabbar oğlu Abdullayev (1954 - 5.3.2013) Şəkidə anadan olub. Şəki Dövlət Teatrında çalışıb. “Həm ziyarət, həm ticarət...”, “Otel otağı”, “Sarı gəlin”, “Yalan” və s. filmlərdə çəkilib.

 

Dünya

 

4 noyabr 1575 - Görkəmli italyan rəssamı Qvido Reni (Guido Reni, 1575-1642) anadan olub.

 

4 noyabr 1923 - Alman yazıçısı Barbara Bartos-Höpner (Barbara Bartos-Höppner, 1923-2006) anadan olub. Uşaq və yeniyetmələr üçün kitabların, film ssenarilərinin müəllifidir. Əsərləri (“Qara qayıqlar buxtası” və s.) dünyanın 20-dən dilinə tərcümə olunub.

 

4 noyabr 1928 - Türkiyə Cümhuriyyətində ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid barədə qərar qəbul olunub.

 

4 noyabr 1946 - BMT-nin təhsil, elm və mədəniyyət təşkilatının - UNESCO-nun (United Nations Educational, Scientific and Cultural Organization) fəaliyyətə başladığı gündür. 1945-ci il noyabrın 16-da Parisdə 37 ölkə tərəfindən təşkilatın nizamnaməsi imzalanıb. Sənəd 20 ölkə tərəfindən ratifikasiya olunduqdan sonra, 1946-cı il noyabrın 4-də qüvvəyə minib. Hazırda UNESCO-nun 194 üzvü var, təşkilatın mənzil-qərargahı Parisdə yerləşir.

 

4 noyabr 1956 - Məşhur rus müğənnisi, şair və bəstəkar İqor Talkov anadan olub. 1991-ci il oktyabrın 6-da qətlə yetirilib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi