“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.11.2013, 10:46
1057

28 noyabr

A- A+

28 noyabr 1852 - Görkəmli şair, mütəfəkkir Mirzə Şəfi Vazeh vəfat edib...

Azərbaycan

 

28 noyabr 1852 - Görkəmli şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (14.6.1794, Gəncə - 1852, Tiflis) vəfat edib. 1840-cı ildən Tiflisdə yaşayıb, müəllim işləyib, “Divani-hikmət” ədəbi məclisinə rəhbərlik edib. Burada alman şərqşünas-səyyah Fridrix Bodenştedtlə tanış olur. Şair ona öz qəzəllərini hədiyyə edir. Bodenştedt onları tərcümə edərək öz imzası ilə nəşr etdirir, kitab Avropada geniş yayılır. Yalnız xeyli sonra o, poetik incilərin Mirzə Şəfi Vazehə məxsus olduğunu etiraf edir.

 

28 noyabr 1943 – Tanınmış bəstəkar, Xalq artisti Sevda Mirzə qızı İbrahimova anadan olub. Müxtəlif janrlarda musiqi əsərlərinin ("Vətən şəhidləri" kantatası, «Əhval-ruhiyyələr», «Azərbaycan təranələri» və s.) müəllifidir. Bakı Musiqi Akademiyasının professorudur.

 

28 noyabr 1940 – Tanınmış şair, aşıq Alqayıt Bayram oğlu Xəlilov (1940 - 12.1.2013) Qərbi Azərbaycanda (indiki Ermənistan) Göyçə mahalının Daşkənd kəndində anadan olub. Kitabları: "Qalx ayağa, Azərbaycan","Yaralı qartal" və s.

 

Dünya

 

28 noyabr 1757 - İngilis şairi və rəssamı Uilyam Bleyk (William Blake, 1757-1827) anadan olub.

 

28 noyabr 1820 - Görkəmli alman filosofu, kommunist ideologiyasının banilərindən biri Fridrix Engels (Friedrich Engels; 1820 - 5.8.1895) anadan olub.

 

28 noyabr 1829 - Bəstəkar və dirijor, Rusiyada ilk konservatoriyanın yaradıcısı Anton Qriqoryeviç Rubinşteyn (1829-1894) anadan olub.

 

28 noyabr 1880 - Rus şairi Aleksandr Aleksandroviç Blok (1880 - 7.8.1921) anadan olub. “Qisas”, “On iki” və s. poemaların müəllifidir.

 

28 noyabr 1881 - Avstriya yazıçısı, ədəbiyyatşünas Stefan Sveyq (Stefan Zweig, 1881 - 22.2.1942) anadan olub. Əsərləri: “Naməlum qadının məktubu”, “Mariya Stüart”, “Şaxmat novellası”, “Dünənki dünya” və s.

 

28 noyabr 1956 - İtalyan müğənnisi və bəstəkarı, 80-ci illər disko musiqisinin məşhur nümayəndəsi Roberto Zanetti (Roberto Zanetti - Savage) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

Xəbərlər
Redaktorun seçimi