“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.11.2013, 09:24
1569

24 noyabr

A- A+

24 noyabr 1924 – Məşhur rəssam, Əməkdar incəsənət xadimi Vəcihə Səmədova anadan olub...

Azərbaycan

 

24 noyabr 1922 - Opera müğənnisi, Əməkdar artist Rəhilə Muxtar qızı Cabbarova (1922-2.12.2002) anadan olub. “Kölgələr sürünür” filmində (Cahan), “Sevil” film-operasında (Gülüş, mahnıların ifası) çəkilib.

 

24 noyabr 1924 – Məşhur rəssam, Əməkdar incəsənət xadimi Vəcihə Əli qızı Səmədova (1924 - 24.10.1965) anadan olub. Tanınmış şəxsiyyətlərin portretlərinin, mənzərə və tematik tabloların müəllifidir.

 

24 noyabr 1934 - Azərbaycan Dövlət Muzeyinin müvafiq şöbəsinin bazasında yaradılan Azərbaycan Dövlət Teatr Muzeyinin açılışı keçirilib. Muzeyə tanınmış teatr xadimi Ağakərim Şərifov rəhbərlik edirdi.

 

24 noyabr 1939 - Beyləqan (1990-cı ilədək Jdanov adlanıb) və İsmayıllı rayonları təşkil olunub.

 

24 noyabr 2001 - Aktyor Əməkdar incəsənət xadimi Siyavuş Şəfiyev (1.9.1937 - 2001) vəfat edib. Peşəkar sirk ustası, akrobat olub, Moskva və Bakı sirklərində çalışıb. "Əhməd haradadır?" (Əhməd), “Uşaqlığın son gecəsi” (Rüstəm) “Ən vacib müsahibə” (Altay) filmlərində maraqlı obrazlar yaradıb. 

 

24 noyabr 2006 - Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva sosial-maarifçilik layihələrinə, sivilizasiyalararası dialoqa, İslam aləmində görülən işlərə verdiyi dəstəyə görə İslam Konfransı Təşkilatının elm, təhsil, mədəniyyət qurumu olan İSESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb. 2004-cü ildə (13 avqust) M.Əliyevaya UNESCO-nun Xoşməramlı səfiri adı verilmişdi. 

 

Dünya

 

24 noyabr 1632 - Niderland filosofu, rasionalizm cərəyanının tanınmış nümayəndəsi Benedikt Spinoza (Benedictus de Spinoza, 1632-1677) anadan olub.

 

24 noyabr 1888 - Amerika psixoloqu və yazıçısı, praktik psixologiya üzrə məşhur kitabların müəllifi Deyl Karneqi (Dale Breckenridge Carnegey, 1888 - 1955) anadan olub.

 

24 noyabr 1913 - İrland əsilli Amerika aktrisası Ceraldin Fitscerald (Geraldine Fitzgerald, 1913 - 17.7.2005) anadan olub.

 

24 noyabr 1934 - Görkəmli Rusiya (alman əsilli) bəstəkarı, pianoçu və musiqi nəzəriyyəçisi Alfred Şnitke (1934-1998) anadan olub.

 

24 noyabr 1948 - Amerika fantast-yazıçısı Spayder (Pol) Robinson (Spider Robinson) anadan olub.

 

24 noyabr 1954 - Tanınmış serb kinorejissoru Emir Kusturitsa (Emir Kusturica) keçmiş Yuqoslaviyanın Sarayevo (indiki Bosniya-Herseqovinanın paytaxtı) şəhərində doğulub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi