“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
02.11.2013, 11:12
1466

2 noyabr

A- A+

2 noyabr 1937 - Görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlu anadan olub...

Azərbaycan

 

2 noyabr 1934 - Tanınmış şair Oqtay Rza (Oqtay Məhərrəm oğlu Rzalı) Salyan rayonunun Qalalı kəndində doğulub.

 

2 noyabr 1937 - Görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlu (Mahmudov; 1937 - 18.11.2000) anadan olub. Populyar mahnıların müəllifidir, televiziya tamaşalarına (“Evləri köndələn yar”, “Səni axtarıram”), 40-a yaxın filmə musiqi bəstələyib: “Bizim Cəbiş müəllim”,  “Gün keçdi”, “Dədə Qorqud”, “Dantenin yubileyi”, “Onun bəlalı sevgisi”, “Ad günü”, “İstintaq”, “Həm ziyarət, həm ticarət”, “Yaramaz”, “Ölsəm... bağışla” və s. 

 

2 noyabr 1947 - Əməkdar artist Telman Rüstəm oğlu Əliyev (1947 – 4.7.2017) Şuşa şəhərində anadan olub. Gəncə Dövlət Dram Teatrında, 2000-ci ildən Dövlət Akademik Milli Dram Teatrında çalışıb, filmlərə (“O dünyadan salam”, “Cavad xan”, “Axınla aşağı” və s.) çəkilib.

 

2 noyabr 1988 - Görkəmli aktrisa, Azərbaycanın və SSRİ-nin Xalq artisti Hökumə Abbasəli qızı Qurbanova (11.6.1913 - 1988) vəfat edib. 1938-ci ildən Milli Dram Teatrında çalışıb, dramatik və faciə rollarının əvəzsiz ifaçısı olub. "Onu bağışlamaq olarmı?" (Kəmalə xanım), "İnsan məskən salır" (Ana) filmlərində çəkilib.

 

2 noyabr 1994 - Ankarada dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubiley tədbiri keçirilib. Tədbirdə prezident Heydər Əliyev iştirak edib.

 

2 noyabr 1997 - Azərbaycanın ilk sənədli film rejissorlarından olan Niyazi Bədəlov (1909-1997) vəfat edib. Ümumittifaq Kinematoqrafiya İnstitutunun ilk azərbaycanlı məzunlarından biri olub.

 

Dünya

 

2 noyabr 1699 - Fransız rəssamı Jan Batist Simeon Şarden (Jean Baptiste Simeon Chardin, 1699-1779) anadan olub.

 

2 noyabr 1906 - Rus şairi, yazıçı, filosof, teoloq Daniil Leonidoviç Andreyev (1906-1959) anadan olub.

 

2 noyabr 1906 - İtalyan kino və teatr rejissoru, ssenarist Lukino Viskonti (Luchino Visconti di Modrone; 1906 - 17.3.1976) anadan olub. Filmləri: “Ən gözəl”, “Rokko və onun qardaşları”, “İnteryerdə ailə portreti”, “Leopard” və s.

 

2 noyabr 1913 - Amerika kinoaktyoru, “Oskar” laureatı Bert Lankaster (Burton Stephen Lancaster, 1913-1994) anadan olub.

 

2 noyabr 1950 - İrland əsilli Britaniya yazıçısı, dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı (1925) laureatı Corc Bernard Şou (George Bernard Shaw, 26.7.1856 - 1950) vəfat edib. “Kandida”, “Piqmolion”, “Ürək sındırılan ev”, “Milyoner arvadı”, “Şeytanın şagirdi” və s. pyeslərin, “Ağılsız kəbin”, “Artistin məhəbbəti” , “Keşel Bayronun sənəti” romanlarının müəllifidir.

 

2 noyabr 1965 - Məşhur hind aktyoru Şahrux Xan (Shahrukh Khan) anadan olub. Əslən puştun, dini etiqadına görə müsəlmandır. Filmləri: “Dəlisov məhəbbət”, “Ölümlə oyun”, “Qaçırılmamış gəlin” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi