“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
23.11.2013, 09:20
1494

23 noyabr

A- A+

23 noyabr 1948 – Dahi bəstəkar, dramaturq, publisist, pedaqoq, Xalq artisti Üzeyir Hacıbəyli vəfat edib...

Azərbaycan

 

23 noyabr 1923 – Yazıçı, şair Əmrah Əmrahov (1923-1988) anadan olub. Uzun illər "Azərbaycan pioneri" qəzetinin baş redaktoru işləyib. 

 

23 noyabr 1927 – Tanınmış tarixçi, şərqşünas, professor Əhməd oğlu İsgəndərov Bakının Mərdəkan kəndində doğulub. Moskvada yaşayır, 1972-87-ci illərdə SSRİ EA-nın Ümumi Tarix İnstitutunda baş elmi işçi, direktor müavini olub. Rusiyanın Əməkdar elm xadimi, Rusiya Elmlər Akademiyasının müxbir üzvü (1979), “Tarix məsələləri” jurnalının baş redaktorudur.

 

23 noyabr 1936 - Ədəbiyyatşünas alim, professor, yazıçı-dramaturq Aqşin Əlisəttar oğlu Babayev anadan olub.

 

23 noyabr 1945 - Tanınmış şair Vahid Əziz (Vahid Əziz oğlu Cəfərov) Ermənistan SSR-in Əzizbəyov rayonunda anadan olub. Bədii yaradıcılığa 1967-ci ildə başlayıb. Bir çox şeirlərinə populyar mahnılar bəstələnib.

 

23 noyabr 1948 – Dahi bəstəkar, dramaturq, publisist, pedaqoq, Xalq artisti, professor Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli (18.9.1885 – 1948) vəfat edib. Azərbaycan professional musiqisinin banisi, müsəlman Şərqində ilk operanın (“Leyli və Məcnun”, 1908), ilk musiqili komediyanın (“Ər və arvad”, 1910), “O olmasın, bu olsun”, “Arşın mal alan” operettalarının, “Əsli və Kərəm”, “Koroğlu” operalarının, Azərbaycanın Dövlət himninin, digər çoxsaylı musiqi əsərlərinin müəllifidir. Böyük bəstəkarın doğum günü Azərbaycanda “Milli musiqi günü” (“Üzeyir musiqi günü”) kimi qeyd olunur.

 

23 noyabr 1999 – Görkəmli aktrisa, Xalq artisti Leyla Bədirbəyli (8.1.1920 - 1999) vəfat edib. 1945-ci ildə “Arşın mal alan” filmi ilə (Gülçöhrə) məşhurlaşıb. “Fətəli xan”, “Görüş”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

23 noyabr 2011 - Tanınmış yazıçı-publisist Rafiq Nəzir oğlu Tağı (5.8.1950-2011) vəfat edib. 2006-cı ildə “Sənət” qəzetində dərc olunmuş "Avropa və biz" məqaləsində yer alan fikirlərinə görə, milli, irqi və dini ədavəti qızışdırmaq ittihamı ilə 3 il müddətinə həbs olunub. 2007-ci ilin dekabrında əfv olunub. 2011-ci il noyabrın 19-da naməlum şəxs tərəfindən bıçaqlanıb, dörd gün sonra xəstəxanada vəfat edib.

 

Dünya

 

23 noyabr 1875 - Rus yazıçısı, sənətşünas, publisist, ictimai-siyasi xadim Anatoli Vasilyeviç Lunaçarski (1875-1933) anadan olub.

 

23 noyabr 1887 - İngilis aktyoru, qorxu filmlərində (ilk filmi “Frankeşteyn”, 1931) çəkilmiş Boris Karloff (Boris Karloff - William Henry Pratt, 1887-1969) anadan olub.

 

23 noyabr 1908 - Rus uşaq yazıçısı Nikolay Nosov (1908-1976) anadan olub.

 

23 noyabr 1933 - Polyak bəstəkarı Kşiştof Pendereski (Krzysztof Penderecki) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi