“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.11.2013, 09:46
1348

7 noyabr

A- A+

7 noyabr 1940 - Görkəmli xanəndə, Xalq artisti Baba Mahmudoğlu Qazax rayonunda doğulub...

Azərbaycan

 

7 noyabr 1906 - Aktyor, rejissor Məmməd Əli oğlu Əlili (1906-1993) anadan olub. “Ögey ana” , “Arşın mal alan” (1965), “Ulduzlar sönmür”, “Dağlarda döyüş” filmlərinin 2-ci rejissoru olub, “Dəli Kür”, “Nəsimi” və s. filmlərdə çəkilib.

 

7 noyabr 1908 - Tanınmış azərbaycanlı şair, alim, pedaqoq Maqsud Şeyxzadə (1908-1967) anadan olub. Bakıda təhsil alıb, sonra Daşkəndə köçüb və Özbəkistanın məşhur ədibi olub, özbək dilində çoxsaylı əsərlər, ssenarilər yazıb, tərcümələr edib.

 

7 noyabr 1917 - Görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyev (7.11.1917 - 4.10.2000) anadan olub. Populyar mahnıların müəllifidir. “Səbuhi”, “Bəxtiyar”, “Görüş”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Qızmar günəş altında”, “Telefonçu qız”, “Nəsimi” və s. filmlərə, tamaşalara musiqi bəstələyib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri olub. 

 

7 noyabr 1917 - Xalq rəssamı Tağı Əzizağa oğlu Tağıyev (1917-1993) Bakıda аnаdаn оlub. "Qara Qarayev", "Səttar Bəhlulzadə", “Koroğlu”, “Babək” tablolarının müəllifidir.

 

7 noyabr 1920 - Tanınmış diktor, Xalq artisti Fatma Ağacabar qızı Cabbarova(1920-2008) anadan olub. Azərbaycan radiosunun ilk diktorlarından biridir.

 

7 noyabr 1940 - Görkəmli xanəndə, Xalq artisti Baba Mahmudoğlu (Mirzəyev; 1940 - 6.12.2006) Qazax rayonunda doğulub. Opera tamaşalarında ("Leyli və Məcnun"da Məcnun, "Aşıq Qərib"də Aşıq Qərib, "Əsli və Kərəm"də Kərəm və s.) əsas partiyaları ifa edib.

 

7 noyabr 1945 - Xalq artisti Zərnigar Fəti qızı Ağakişiyeva (1945 - 9.2.2018) Quba rayonunun Rustov kəndində doğulub. Teatrda, teletamaşalarda (“Atayevlər ailəsi”, “Mehmanxana sahibəsi”) , filmlərdə ("Dantenin yubileyi", “Qəm pəncərəsi”, “Təhminə”, “Yuxu” və s.) maraqlı obrazlar yaradıb.

 

7 noyabr 1990 - Görkəmli rejissor, ssenarist, operator, rəssam Əlisəttar Atakişiyev (25.12.1906 - 1990) vəfat edib. “Bir qalanın sirri”, “Bizim küçə” (quruluşçu rejissor), “Uzaq sahillərdə” (operator) filmlərini, habelə Estoniyanın ilk rəngli filmini çəkib.

 

Dünya

 

7 noyabr 1598 - İspan rəssamı Fransisko de Surbaran (Francisco de Zurbaran, 1598-1664) anadan olub.

 

7 noyabr 1810 - Macar bəstəkarı, pianoçu və dirijor Erkel Ferens (Erkel Ferenc, 1810-1893) anadan olub.

 

7 noyabr 1891 - Rus yazıçısı Dmitri Furmanov (1891-1926) anadan olub. “Çapayev” romanının müəllifidir.

 

7 noyabr 1903 - Məşhur rus aktyoru Georgi Milyar (1903-1993) anadan olub. Uşaq filmlərində “Küpəgirən qarı” rollarını oynayıb.

 

7 noyabr 1913 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1957) laureatı Alber Kamyu (Albert Camus, 1913 - 4.1.1960) anadan olub. Ekzistensializm fəlsəfəsinin tanınmış nümayəndəsidir. Əsərləri: “Vəba”, “Özgə”, “Sizif haqqında mif”, “Qiyamçı adam”, “Şeytanlar” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Ermənilərin yerlə-yeksan etdikləri Cəbrayılda tikdikləri “ibadətgah” işğalçılığın nümunəsi idi

26.03.2021, 14:00 18

Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək

19.03.2021, 13:00 72

Qarabağda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı keçirilib

30.01.2021, 19:00 349

Əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə – bizim dəmir yumruğumuzu bir daha görəcək

15.01.2021, 15:00 407

2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib

06.01.2021, 10:00 71

Zəfər gətirən ildən yeni zəfərlərə doğru

31.12.2020, 11:00 350

Cəbrayılın azad olunması uğrunda canından keçən igidlər

26.12.2020, 17:00 419

Azərbaycan bu məsələni özü həll etdi, halbuki Minsk qrupu 28 il mandata sahib idi

13.12.2020, 09:00 580

"Mən müstəqilliyi Azərbaycan xalqı üçün ən böyük nailiyyət hesab etmişəm"

12.12.2020, 12:00 1306

Vətən müharibəsinin möhtəşəm finalı

11.12.2020, 11:00 597

Alban-udi dini icmasının nümayəndələri Kəlbəcərdəki Xudavəng monastırını ziyarət ediblər

05.12.2020, 12:00 534

Müsəlmanlar, xristianlar, yəhudilər Vətən müharibəsi şəhidlərini yad ediblər

04.12.2020, 17:00 455

Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb

04.12.2020, 14:00 352

Cənubi Qafqaz təhlükəsizlik və əməkdaşlıq baxımından yeni mərhələyə qədəm qoyur

03.12.2020, 10:00 337

Yaşasın bizim çoxmillətli Azərbaycan xalqı!

01.12.2020, 17:00 126

Redaktorun seçimi