“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.11.2013, 09:47
1501

27 noyabr

A- A+

27 noyabr 1953 - Amerika dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Yudjin O’Nil vəfat edib...

Azərbaycan

 

27 noyabr 1912 - Xalq artisti, aktyor İsa Həsən oğlu Musayev (1912-8.2.1976) аnаdаn оlub. Naxçıvan Musiqili Dram Teatrında fəaliyyət göstərib.

 

27 noyabr 1971- Tanınmış şair-bəstəkar, müğənni Araz Elsəs Cənubi Azərbaycanda,  Urmiya gölünün yaxınlığında yerləşən Sulduz şəhərində anadan olub. Siyasi təqiblər üzündən 1991-ci ildə Azərbaycana (Bakıya) gəlib. 1997-ci ildə Norveçə, oradan İsveçə köçüb.

 

Dünya

 

27 noyabr 1895 - Fransız yazıçı-dramaturqu Aleksandr (oğul) Düma (Alexandre Dumas fils, 27.7.1824 - 1895) vəfat edib.

 

27 noyabr 1940 - Məşhur çinli (Honkonq) aktyor, rejissor, Şərq əlbəyaxa döyüş növlərinin ustası Brüs Li (Bruce Lee, 1940-1973) anadan olub.

 

27 noyabr 1942 - Dünya şöhrətli amerikalı rok-musiqiçisi, gitaraçı Cimi Hendriks (Jimi Hendrix - James Marshall Hendrix, 1942-1970) anadan olub.

 

27 noyabr 1953 - Amerika dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1936) laureatı Yudjin O’Nil (Eugene Gladstone O'Neill, 16.10.1888 - 1953) vəfat edib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi