13 noyabr
13 noyabr 1850 - İngilis yazıçısı, macəra romanlarının müəllifi Robert Luis Stivenson anadan olub...
Azərbaycan
13 noyabr 1945 - Xalq artisti Elmira Məhərrəm qızı İsmayılova İrəvanda doğulub. 1968-ci ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisasıdır.
13 noyabr 1960 - Kinorejissor, rəssam Şamil Kamil oğlu Nəcəfzadə anadan olub. Filmləri: “Qala” (ssenari müəllif və rejissor), “Cin mikrorayonda”, “İmtahan”, “Yarasa” (rəssam).
13 noyabr 1948 - Aktyor, dramaturq Arif Mədətov anadan olub. “Qatır Məmməd”, “Dərviş Parisi partladır”, “O qızı tapın” və s. filmlərdə çəkilib. Pyesləri: “Şeytan” "Sezarin qətli" və s.
13 noyabr 1983 – Kinooperator, Əməkdar incəsənət xadimi Əsgər Cəfər oğlu İsmayılov (1905, Tiflis - 1983) vəfat edib. Filmləri: “Qara daşlar”, “Kölgələr sürünür” və s.
Dünya
13 noyabr 1745 - Fransız xeyriyyəçisi, pedaqoq, korlar üçün ilk əlifbanın müəllifi Valentin Hauy (Valentin Haüy, 1745-1822) anadan olub. Onun doğum günü şərəfinə 13 noyabr “Beynəlxalq gözdən əlillər günü” kimi qeyd olunur.
13 noyabr 1850 - Məşhur ingilis (şotland əsilli) yazıçısı, macəra romanlarının müəllifi Robert Luis Stivenson (Robert Louis Stevenson, 1850- 3.12.1894) anadan olub. Əsərləri: “Dəfinələr adası”, “Şahzadə Otto”. “Qara ox” və s.
13 noyabr 1889 - Ukrayna satirik yazıçısı Ostap Vişnya (əsl adı Pavel Mixayloviç Qubenko, 1889-1956) anadan olub.
13 noyabr 1921 - Finlandiya bəstəkarı Yonas Kokkonen (Joonas Kokkonen, 1921-1996) anadan olub.
13 noyabr 1955 - Amerika kinoaktrisası Vupi Qoldberq (Whoopi Goldberg - Caryn Elaine Johnson) anadan olub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: