“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
25.11.2013, 09:26
1499

25 noyabr

A- A+

25 noyabr 1918 – Xalq yazıçısı, tanınmış nasir və dramaturq İmran Qasımov anadan olub...

Azərbaycan

 

25 noyabr 1893 - Türk mədəniyyəti tarixində mühüm hadisə baş verib. Danimarkalı alim Vilhelm Tomsen ilk dəfə qədim türk mədəni abidəsi olan Orxon-Yenisey daş kitabələrindəki yazıların oxuduğunu bildirib. İlk olaraq «Tanrı» və «türk» sözlərini oxumağa müvəffəq olan alim qədim türk yazı mədəniyyəti və əlifbası barədə kəşfi ilə dünya elminə dəyərli töhfə verib.

 

25 noyabr 1901 - Xalq artisti Mərziyyə Yusif qızı Davudova (1901- 6.1.1962) Həştərxanda doğulub. Həştərxanda “İqbal” məktəbində tamaşalarda oynayıb. Hüseyn Ərəblinski Həştərxanda qastrolda olarkən onun bəyənib və Bakıya dəvət edib. 1920-ci ildə Bakıya gələn Mərziyyə Davudova Azərbaycan teatr sənətinin inkişafında misilsiz xidmət göstərib. Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşı olub. “Bəxtiyar” (Gülbadam), “Bir məhəllədən iki nəfər” (Fatma), “Əsl dost” (Sənəm) və s. filmlərdə çəkilib.

 

25 noyabr 1918 – Xalq yazıçısı, tanınmış nasir və dramaturq İmran Haşım oğlu Qasımov (1918 - 20.4.1981) anadan olub. «Uzaq sahillərdə» romanının (Həsən Seyidbəyli ilə birgə), povest və hekayələrin, pyeslərin, bir sıra filmlərin («Bizim küçə», “Əsl dost”, «İnsan məskən salır», «Onun böyük ürəyi» və s.) ssenarilərinin müəllifidir.

 

25 noyabr 1935 - Əməkdar artist, xanəndə Qaraxan İmran oğlu Behbudov anadan olub.

 

25 noyabr 1994 - Xalq artisti Məmməd Burcəliyev (25.4.1914 - 1994) vəfat edib. Gəncə Dövlət Dram Teatrında çoxsaylı obrazlar qalereyası yaradıb. “Dəli Kür” (Allahyar), “Qəm pəncərəsi (Rəşid bəy), “Köhnə bərə (İbrahim) və s. filmlərdə çəkilib.

 

Dünya

 

25 noyabr 1562 - Görkəmli ispan yazıçı-dramaturqu, şair Lope de Veqa (Felix Lope de Vega y Carpio, 1562 - 27.8.1635) anadan olub.

 

25 noyabr 1820 - Rus yazıçısı və naşiri Mixail Mixayloviç Dostoyevski (1820-1864) anadan olub. Görkəmli mütəfəkkir yazıçı Fyodor Mixayloviç Dostoyevskinin (1821-1881) qardaşıdır.

 

25 noyabr 1889 - Məşhur türk yazıçı-dramaturqu Rəşad Nuri Güntəkin (1889 - 13.12.1956) anadan olub. “Çalıquşu”, “Dodaqdan qəlbə”, “Yarpaq tökümü” və s. romanları əsasında populyar filmlər çəkilib. Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyənin UNESCO-da təmsilçisi olub.

 

25 noyabr 1924 - Yapon şairi, filosof və ədəbiyyatşünas Takaaki Yosimoto anadan olub.

 

25 noyabr 1925 - Rus aktrisası, SSRİ Xalq artisti Nonna Viktorovna Mordyukova (1925-2008) anadan olub. Filmləri: “Brilyant əl”, “Doğma”, “Mama” və s.

 

25 noyabr 1926 - Amerikalı fantast-yazıçı Pol Andersonun (Poul William Anderson) (1926 - 2001) doğum günüdür.

 

25 noyabr 1951 - Amerika yazıçısı, detektiv seriallar müəllifi Şarlin Harris (Charlaine Harris) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi