“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.11.2013, 10:09
1252

10 noyabr

A- A+

10 noyabr 1759 - Görkəmli alman şairi, dramaturqu və incəsənət nəzəriyyəçisi Fridrix Şiller anadan olub...

Azərbaycan

 

10 noyabr 1997 - Prezident Heydər Əliyev "Azərbaycan Respublikasında ədəbiyyat və incəsənət xadimlərinə dövlət qayğısının artırılması haqqında" fərman imzalayıb.

 

Dünya

 

10 noyabr Dünya Gənclər günüdür. 1946-cı ildə Dünya Demokratik Gənclər Federaiyası (World Federation of Democratic Youth, WFDY) tərəfindən təsis edilib.

 

10 noyabr 1483 - Alman teoloqu və filosofu, xristianlıqda Reformasiya (islahat) hərəkatının rəhbəri Martin Lüter (1483 - 15.2.1546, Martin Luther) anadan olub. Xristianlıq dinində protestantizm məzhəbinin qollarından biri onun adı ilə - lüteranlıq adlanır.

 

10 noyabr 1668 - Fransız bəstəkarı Fransua Kuperen (1668-1733) anadan olub.

 

10 noyabr 1759 - Görkəmli alman şairi, dramaturqu və incəsənət nəzəriyyəçisi İohann Fridrix Şiller (Johann Christoph Friedrich von Schiller, 1759 - 9.5.1805) anadan olub. Pyesləri: “Qaçaqlar”, “Məkr və məhəbbət”, “Mariya Stüart”, “Orleanlı qız” və s.

 

10 noyabr 1846 - Finlandiya bəstəkarı və dirijoru Martin Veqelius (Martin Wegelius, 1846-1906) anadan olub.

 

10 noyabr 1928 - Məşhur italyan bəstəkarı, dirijor və aranjimançı Ennio Morrikone (Ennio Morricone) anadan olub.

 

10 noyabr 1935 - Amerika kinoaktyoru Roy Şayder (Roy Scheider, 1932-2008) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi