“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.11.2013, 10:02
1510

21 noyabr

A- A+

21 noyabr “Dünya televiziya günü”dür. 1996-cı ildə BMT Baş Assambleyası tərəfindən təsis edilib...

Azərbaycan

 

21 noyabr 2008 - İstanbulda Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan parlament nümayəndə heyətlərinin görüşünün yekunu olaraq Türkdilli Ölkələrin Parlament Assambleyası (Türk PA) təsis edilib.

 

Dünya

 

21 noyabr “Dünya televiziya günü”dür. 1996-cı il noyabrın 21-də BMT-də ilk dünya televiziya forumu keçirilib. Bu əlamətdar hadisə ilə bağlı BMT Baş Assambleyası tərəfindən (17 dekabr 1996) “Dünya televiziya günü” təsis edilib.

 

21 noyabr 1694 - Görkəmli fransız şairi, mütəfəkkiri və tarixçisi Fransua-Mari Volter (Fransua-Mari Arue François-Marie Arouet; 1694 - 30.5.1778) anadan olub. Əsərləri: “Edip”, “Brut”, “Zaira”, “Sezar” tragediyaları, “Zadiq və ya tale”, “Mikromeqas”, “Kandid” fəlsəfi romanları və s.

 

21 noyabr 1898 - Belçika sürrealist rəssamı Rene Fransua Gislen Magritt (René François Ghislain Magritte, 1898-1967) anadan olub.

 

21 noyabr 1920 - Məşhur rus bəstəkarı, müğənni Yan Abramoviç Frenkel (1920-1989) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

Xəbərlər
Redaktorun seçimi