“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.11.2013, 10:28
1146

1 noyabr

A- A+

1 noyabr 1906 - Azərbaycanın ictimai-siyasi və ədəbi fikir tarixində önəmli rol oynamış «Füyuzat» jurnalı nəşrə başlayıb...

Azərbaycan

 

1 noyabr Azərbaycanda “Kənd təsərrüfatı işçiləri günü” kimi qeyd olunur. Aqrar sahə işçilərinin peşə bayramı günü Prezident İlham Əliyevin 9 oktyabr 2008-ci il tarixli sərəncamı ilə təsis edilib.

 

1 noyabr 1906 - Azərbaycanın ictimai-siyasi və ədəbi fikir tarixində önəmli rol oynamış «Füyuzat» (ərəbcədən «gerçəyi dərk etmək») jurnalı nəşrə başlayıb. Hacı Zeynalabdin Tağıyevin maliyyə yardımı ilə nəşr olunan jurnalın redaktoru Əli bəy Hüseynzadə idi. Jurnalda Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid və digər qabaqcıl ziyalılar çıxış edirdilər. Jurnalın 32 sayı işıq üzü görüb.

 

1 noyabr 1939 - Tanınmış şair, publisist Məmməd İsmayıl (Məmməd Mürşüd oğlu İsmayılov) anadan olub. 1992-1993-cü illərdə Azərbaycan Dövlət Teleradio Şirkətinə (AzTV) rəhbərlik edib.

 

1 noyabr 1940 - Xalq artisti Elmira Şabanova Bakıda anadan olub. İncəsənət İnstitutunda əvvəlcə aktyorluq, sonra rejissorluq fakültəsində təhsil alıb. Teatrda, televiziya tamaşaları və kinoda (“Səhər”, “Əsl dost”. “Ötən ilin son gecəsi”, “Qəm pəncərəsi”, “Gecə qatarında qətl”, “Təhminə” və s.) yaddaqalan obrazlar yaradıb.

 

1 noyabr 1944 - Əməkdar artist Səmayə Məmməd qızı Musayeva Qax rayonunda anadan olub. Musiqili Komediya teatrında işləyib. Televiziya tamaşalarına və filmlərə (“Tütək səsi”) çəkilib.

 

1 noyabr 1947 - Əməkdar artist Telman Rüstəm oğlu Əliyev Şuşa şəhərində doğulub. Gəncə Dövlət Dram Teatrında çalışıb, 2000-ci ildən Akademik Milli Dram Teatrında işləyir. «Yük», «Bizi dağlarda axtarın» filmlərinə çəkilib.

 

1 noyabr 1949 - Səs operatoru Tatyana Kərimova anadan olub. "Azərbaycanfilm" kinostudiyasında “Qəm pəncərəsi”, “Qətl günü” və s. filmlərin səs operatoru olub.

 

1 noyabr 1952 - Əməkdar artist Elxan Əlibala oğlu Quliyev anadan olub. Akademik Milli Dram Teatrında çalışır, “Sevinc buxtası", "İstintaq" filmlərində çəkilib.

 

1 noyabr 1956 - Rejissor Yavər Rzayev anadan olub. Bir neçə sənədli və bədii filmin (“Sari gəlin”, “İlahi məxluq”) rejissorudur.

 

Dünya

 

1 noyabr 1636 - Fransız şairi, ədəbiyyatşünas, klassisizmin nəzəriyyəçisi Nikola Bualo (Nicolas Boileau-Despreaux, 1636 - 13.3.1711) anadan olub.

 

1 noyabr 1781 - Alman rəssamı Yozef Karl Ştiler (Joseph Karl Stieler, 1781-1854) anadan olub.

 

1 noyabr 1896 - İngilis şairi, yazıçı Edmund Blanden (Edmund Charles Blunden, 1896-1974) anadan olub.

 

1 noyabr 1904 - Amerika kinoaktrisası Laura La Plante (1904 - 1996) anadan olub.

 

1 noyabr 1967 - Amerika müğənnisi, bəstəkar, rəssam Sofi Ballantin (Sophie Ballantin Hawkins) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi