“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
03.11.2013, 10:33
1538

3 noyabr

A- A+

3 noyabr 1983 - Görkəmli aktyor, Xalq artisti Əliağa Ağayev vəfat edib...

Azərbaycan

 

3 noyabr 1983 - Görkəmli aktyor, Xalq artisti Əliağa İsmayıl oğlu Ağayev (22. 3. 1913 - 1983) vəfat edib. 1936-cı ildə Gənc Tamaşaçılar Teatrının (Fəhlə Uşaq Teatrı idi) kollektivində fəaliyyətə başlayıb. 1961-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. “O olmasın, bu olsun” (Məşədi İbad), "Sehrli xalat" (Xan), "Görüş" (Şıxəli), "Əhməd haradadır?" (Kassir), "Qanun naminə" (Məmmədxan), “Bizim Cəbiş müəllim” (Əbülfəz) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

Dünya

 

3 noyabr 1797 - Rus yazıçısı Aleksandr Bestujev-Marlinski (1797-1837) anadan olub. Dekabristlər üsyanında (1925) iştiraka görə Qafqaza sürgün olunub. Azərbaycanda olub, yazıçı-dramaturq Mirzə Fətəli Axundovla dostluq edib. Azərbaycan dilini öyrənib, Axundovun Puşkinin ölümünə həsr etdiyi “Şərq poeması”nı ruscaya tərcümə edib. Yazıçının “Molla Nur” povesti Azərbaycan xalq qəhrəmanı Molla Nurun həyatından bəhs edir.

 

3 noyabr 1801 - İtalyan bəstəkarı Vinçenso Bellini (Vincenzo Salvatore Carmelo Francesco Bellini, 1801-1835) anadan olub. Operaları: “Norma”, “Somnambula” və s.

 

3 noyabr 1801 - Alman naşiri, ilk dəfə dünya ölkələri üzrə səyahət kitabları çap edən nəşriyyatın qurucusu (1827, Koblens) Karl Bedeker (Baedeker; 1801-1859) anadan olub.

 

3 noyabr 1869 - Məşhur rus şərqşünası, akademik Vasili Vladimiroviç Bartold (1869-1930) anadan olub. İslam dini tarixinə dair əsərlərin müəllifidir. “Kitabi Dədə Qorqud” dastanını rus dilinə tərcümə edib. 1924-cü ildə Azərbaycan Dövlət Universitetində “Türk-tatar xalqları tarixi” kursundan mühazirələr oxuyub.

 

3 noyabr 1871 - Alman yazıçısı və şairi, mistik əsərlər müəllifi Hans Heyns Evres (1871-1943) anadan olub.

 

3 noyabr 1887 - Rus şairi Samuil Yakovleviç Marşak (1887-1964) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir: “On iki ay”, “Pişiyin evi”, “Axmaq siçan haqqında nağıl” və s.

 

3 noyabr 1901 - Fransız yazıçısı, kulturoloq Andre Malro (Andre Malraux; 1901-1976) anadan olub. “Kral yolu”, “Nifrət illəri”, “Qara üçbucaq” romanlarının müəllifidir. Fransanın mədəniyyət naziri işləyib.

 

3 noyabr 1924 - Rus dramaturqu, nasir və ssenarist Leonid Zorin (Zalsman) Bakıda doğulub. Pyesləri: “Dekabristlər”, “Xəyanət”, “Tacqoyma” və s.

 

3 noyabr 1927 - Polşa aktyoru, ölkəsinin “Milli qəhrəmanı” adına layiq görülmüş Zbiqnev Sıbulski (Zbigniew Cybulski, 1927-1967) anadan olub. Filmləri: “Kül və almaz”, “Günahsız sehrbazlar”, “Necə sevimli olmalı” və s.

 

3 noyabr 1931 - İtalyan aktrisası Monika Vitti (Maria Louisa Ceciarelli) anadan olub. Filmləri: “Al qadın”, “Mehmanxana nömrəsi” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi