“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.01.2013, 20:51
1299

Azərbaycan tarixi günbəgün: 4 yanvar

A- A+

4 yanvar 1963 - Azərbaycan SSR Ali Soveti Reyasət Həyətinin fərmanı ilə respublikanın ərazi-inzibati sistemində növbəti dəyişikliklər edilib.

4 yanvar 1878 - Tanınmış satirik şair, “Molla Nəsrəddin” ədəbi məktəbinin görkəmli nümayəndələrindən biri Əli Nəzmi (1878-1946) anadan olub.

 

4 yanvar 1932 - Görkəmli yazıçı, dramaturq, publisist, naşir Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə (22.2.1869, Naxçıvan - 1932, Bakı) vəfat edib. Cəlil Məmmədquluzadə hekayə və povestləri, dram əsərləri, məşhur "Ölülər" komediyası ilə Azərbaycan ədəbiyyatına misilsiz töhfələr verib. Ədib "Molla Nəsrəddin" jurnalı ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.

 

4 yanvar 1946 - Xalq artisti Rafael Məlik oğlu Dadaşov Naxçıvanda doğulub. “Bəxt üzüyü”, “Mənim ağ şəhərim” filmlərində, televiziya («Ordan-burdan», «Göz həkimi» və s.) və teatr tamaşalarında yaddaqalan rollar oynayıb.

 

4 yanvar 1950 - Tanınmış aktrisa İnarə Quliyeva Moskvada anadan olub. Rusiyanın Əməkdar artistidir. “Alma almaya bənzər” (Aliyə), “Dədə Qorqud (Selcan), “Qayınana” (Afət) filmlərində çəkilib.

 

4 yanvar 1963 - Azərbaycan SSR Ali Soveti Reyasət Həyətinin fərmanı ilə respublikanın ərazi-inzibati sistemində növbəti dəyişikliklər edilib. Fərmana əsasən, Agcabədi, Əli Bayramlı (indiki Şirvan), Ağsu, Balakən, Daşkəsən, Cəbrayıl, Dəvəçi, Yevlax, Jdanov (Beyləqan), Zərdab, Qax, Qubadlı, Qutqaşen (Qəbələ), Mirbəşir (Tərtər), Nuxa (Şəki), Puşkin (Biləsuvar), Saatlı, Tovuz, Xaçmaz rayonları, Naxçıvan MSSR-də Ordubad və Şahbuz rayonları, DQMV-də Şuşa rayonu ləğv edilib. Lakin bir il sonra, 1964-cü ilin iyulunda Cəbrayıl, Qubadlı, Puşkin rayonları, 1965-ci ilin yanvarında isə digər rayonlar bərpa olunub. 

4 yanvar 2000 - Xalq artisri Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova, 28.2.1918, Kazan - 2000, Bakı) vəfat edib. “Bizim Cəbiş müəllim”, “Yol əhvalatı” və s. flimlərdə çəkilib.

 

4 yanvar 2003 - Prezident Heydər Əliyevin fərmanı ilə təsdiqlənən «Azərbaycan Respublikasının dövlət dili haqqında» qanun rəsmi mətbuatda dərc olunaraq qüvvəyə minib. Qanun ölkə Konstitusiyasına uyğun olaraq Azərbaycan dilinin hüquqi statusunu tənzimləyir. 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi