“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
14.01.2013, 20:44
1148

Azərbaycan tarixi günbəgün: 14 yanvar

A- A+

14 yanvar 1911 - Tanınmış riyaziyyatçı alim Zahid İsmayıl oğlu Xəlilov (1911-1974) Tiflis quberniyasının Ekatrinenfeld nahiyəsinin (indiki Bolnisi rayonu) Saraçlı kəndində anadan olub.

Zahid Xəlilov 35 yaşında Azərbaycanın ilk fizika-riyaziyyat elmləri doktoru adını alıb. Azərbaycan Elmlər Akademiyasının prezidenti (1962-1967) olub.

 

14 yanvar 1923 – Görkəmli teatr rejissoru Tofiq Səməd Mənsur oğlu Kazımov (1923-2.8.1980) Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş rejissor işləyib. Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması T.Kazımovun adı ilə bağlıdır.

 

14 yanvar 1930 – Görkəmli neftçi-alim, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü, professor Xoşbəxt Yusifzadənin doğum günüdür.

 

14 yanvar 1992 - Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasına dair protokol imzalanıb. Bu, Azərbaycanın xarici ölkə ilə imzaladığı ilk diplomatik sənəd idi. 1991-ci il noyabrın 9-da Azərbaycanın müstəqilliyini ilk tanıyan Türkiyə olmuşdu.

 

14 yanvar 1992 - “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanun qüvvəyə minib. Qanunda Azərbaycan Respublikasının sərhədlərinin dövlətin öz qüvvələri tərəfindən qorunması başlıca şərt kimi vurğulanmışdı. Qanunun tələbinə əsasən, 1992-ci ilin avqustunda ilk dəfə Rusiya (keçmiş SSRİ) sərhədçiləri Naxçıvan Muxtar Respublikasından çıxarıldı, sərhəd hissəsi Azərbaycan Respublikası Sərhəd Qoşunlarının tam nəzarətinə keçdi. Bu tarixi hadisədə Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevin xüsusi rolu olmuşdu.

 

14 yanvar 1999 - Xalq artisti, teatr və kino aktrisası Barat Həbib qızı Şəkinskaya (28.6.1914, Şuşa - 1999) vəfat edib. “Görüş”, “O olmasın, bu olsun”, “Telefonçu qız”, “Onun bəlalı sevgisi” və s. filmlərdə yaddqalan obrazlar yaradıb. 

Hazırladı: Vüqar Orxan 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi